Sizin reklam burada

Ramos “Real”da qalmayacaq

Title
Karlo Ançelottinin Madridə qayıtması da Serxio Ramosu fikrindən döndərməyib. “Real” artıq kapitanı ilə vida mərasimi təşkil etməyə hazırlaşır.
Bu məlumatı İspaniyanın ABC nəşri yayıb. Mənbəyə görə, tərəflər müddəti bu ayın sonunda başa çatacaq müqaviləni yeniləmək üçün razılıq əldə edə bilməyiblər. Ona görə də klubun prezidenti Florentino Peres Ramosla əlaqə saxlayaraq vida tədbiri təşkil etmək istəyir. Rəhbərlik onun 2005-ci ildən şərəfini qoruduğu komanda ilə qazandığı 22 kubokla birgə şəkil çəkdirməsini planlaşdırır. Serxionun bu ideyaya necə reaksiya verəcəyi hələ ki bilinmir.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.