Sizin reklam burada

Alleqri cinayət törədib?

Title
Mayın 28-də ikinci dəfə “Yuventus”a baş məşqçi təyin olunan Massimiliano Alleqri ilə bağlı sensasion iddia səslənir. O, “çirkli pulların yuyulması”nda şübhəli bilinir.
“Calciomercato” portalının yaydığı xəbərə inansaq, 53 yaşlı məşqçi 2018-ci ilin avqustundan bu ilin aprelinədək “Oia limited” şirkətindən qumar oyunları sahəsində qanunsuz şəkildə 161 min avro məbləğində 7 bank köçürməsi alıb. Bu müddət ərzində onun hesabına ayrıca Sloveniyada otel, oyun və əyləncə mərkəzləri kimi fəaliyyət göstərən yerli “Hit D.D. Nova Gorica” şirkətindən 168 min avro köçürülüb. Bu pulun mərc uduşlarından alındığı güman edilir, lakin digər şübhəli əməliyyatlar da istisna edilmir. Belə ki, Alleqrinin göstərilən dövrdə qumarla əlaqəli əməliyyatlara 356 min avro xərclədiyi iddia edilir.
Ancaq “Yuventus”un çalışdırıcısı haqqında gəzən iddiaya mənfi reaksiya verib: “Haqqımda yayılan məlumat barəsində qısa açıqlama verirəm. “Pulların yuyulması” da daxil olmaqla istənilən qanunsuz fəaliyyətlə məşğul olmamışam”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.