Sizin reklam burada

Mourinyonun fikri Deşamı özündən çıxardı

Title
“Roma”nın yeni baş məşqçisi Jose Mourinyo AÇ-2020 ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb. 58 yaşlı mütəxəssis sonuncu dünya çempionatını hardasa gələcək qitə çempionu kimi qələmə verib.
Portuqaliyalı “The Sun” qəzetinə bunları deyib: “Fransa yığması qarşıdakı yarışın ən güclülərindəndi. Komandada Kilian Mbappe varsa, qazanmamaq çox çətindi. O, matçlarda qalib gələn və rəqibləri qorxudan oyunçulardan biridi. Mbappe Lionel Messi və Kriştiano Ronaldodan sonra ən yaxşı olduğunu hamıya sübut etmək üçün əlindən gələni etməyə çalışacaq. Baş məşqçi Didye Deşam nə istədiyini yaxşı bilir. Fransa sonuncu dünya çempionudu. Həmçinin AÇ-2016-da ikinci yeri tutublar. Fikrimcə, finala qədərki istənilən mərhələdə uduzmaq onlar üçün uğursuzluq sayılacaq. Turnirdə qalib gələcək komandanın adını çəkmək lazım olsaydı, mən də Fransanı qeyd edərdim. Çünki bu komandanın fantastik heyəti var. AÇ-2020-ni mütləq qalib kimi başa vurmalıdılar. Bu baş verməsə, turniri onlar üçün uğursuz saymaq olar”.
Mourinyonun bu fikirləri fransız həmkarı Deşamı bir qədər özündən çıxarıb: “Mən də onun çalışdırdığı “Tottenhem” haqda eyni ilə düşünürdüm. Amma təəssüf ki, nəticələr yüksək olmadı. Bəli, dünya çempionu olmağımız bizi Avropa çempionatının favoriti kimi göstərir. Amma bu bizə təzyiq göstərilməsinə əsas vermir”.
Qeyd edək ki, Mourinyo mayda uğursuz fəaliyyətinə görə “Tottenhem”dən istefaya göndərilib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.