Sizin reklam burada

Aleksander-Arnoldun əvəzinə Uayt

Title
İngiltərə yığmasının AÇ-2020 üçün yekun iştirak ərizəsində dəyişiklik edilib. Heyətə yeni futbolçu cəlb olunub.
Milli komandanın mətbuat xidmətinin yaydığı xəbərdə Avstriya ilə yoldaşlıq matçında (1:0) zədələnən Trent Aleksander-Arnoldun əvəzinə Ben Uaytın yekun iştirak ərizəsinə daxil edildiyi bildirilib. Qeyd edək ki, “Brayton”un mərkəz müdafiəçisi İngiltərə millisinin genişləndirilmiş heyətinə daxil idi və son təlim-məşq toplanışında iştirak etmişdi. Qaret Sautqeytin çalışdırdığı komanda qitə çempionatının qrup mərhələsində Xorvatiya, Çexiya və Şotlandiya ilə qarşılaşacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.