Sizin reklam burada

De Bruyne əməliyyat olundu

Title
Bir neçə gün əvvəl Kevin de Bruynenin əməliyyat olunmayacağı açıqlansa da, “Mançester Siti”nin oyunçusu cərrahi müdaxiləyə məruz qalıb.
29 yaşlı yarımmüdafiəçinin mikroəməliyyatı uğurlu keçib. O, artıq dünən milli komandanın düşərgəsinə qayıdıb. Xatırladaq ki, Belçika millisinin baş məşqçisi Roberto Martines Kevinin əməliyyat olunmayacağını demişdi. Futbolçu Çempionlar Liqasının “Çelsi” ilə final matçında (0:1) sıradan çıxmışdı. Burun sümüklərinin və sol gözaltı orbitin qırılması diaqnozu qoyulan De Bruyne böyük ehtimalla qitə çempionatında qoruyucu maska ilə oynayacaq. Belçika yığması iyunun 12-də qrup mərhələsinin ilk matçında Rusiya ilə qarşılaşacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.