Sizin reklam burada

“Keşlə” yerli futbolçuların maaşını artırdı

Title
2020/21 mövsümü başa çatandan sonra heyəti əsaslı dəyişikliklərə məruz qalan “Keşlə” ötənilki heyətdən üç futbolçu ilə yeni müqavilə bağlayıb. Kluba yaxın mənbədən əldə etdiymiz məlumata görə, Sənan Qurbanov monteneqrolu müdafiəçi Miyuşko Boyoviç, Şəhriyar Əliyev və Tərlan Quliyevin komandada qalmasını istəyib. Baş məşçinin istəyini nəzərə alan klub rəhbərliyi adını çəkdiyimiz hər üç futbolçu ilə 2022-ci ilin yayına qədər yeni müqavilə imzalayıb. Mənbəmiz onu da bildirdi ki, ölkə kubokunun finalında qələbə topunun müəllifi olan legioner futbolçu ayda 5 min dollar maaşa razılaşıb. Tərlanın məvacibi isə 3 min manatdan 5 min manata qədər artırlıb. Hazırda millinin düşərgəsində olan Şəhriyarın da əməkhaqqı ötən illə müqayisədə artırılıb.
Mənbəmiz onu da qeyd etdi ki, ötən mövsümü yüksək səviyyədə keçirən Azər Salahlıya “elçi düşən” klubların sayı durmadan artır. Onlardan biri də bu yay ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”di. Klub rəhbərliyi yığmanın da şərəfini qoruyan sol cinah müdafiəçisini “Keşlə”də saxlamaq üçün yeni müqavilə təklif edib. Təklif olunan anlaşmaya görə, Azər geridə qalan “futbol ili”ylə müqayisədə daha artıq maaş alacaq.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.