“Onun yarışa bu şəkildə qatılması məntiqsiz və yersizdi”
FİDE-nin Teymur Rəcəbovu İddiaçıların turnirinə dəvət etməsi heç də birmənalı qarşılanmayıb. Ali şahmat qurumunun rəhbərliyi verdiyi sözü tutsa da, qərarı haqsız sayanlar da var. Rusiyalı qrossmeyster, sabiq dünya çempionu Vladimir Kramnik dünya kubokunun son qalibinin bir müddət öncə başa çatan analoji yarışdan kənarda qalmasının bu şəkildə “sığortalanmasını” məntiqli addım adlandırıb. Maqnus Karlsen isə...
Dünya şahmat tacının norveçli sahibi FİDE-nin məlum qərarını haqsızlıq sayır: “Rəcəbov 2022-ci ildə təşkil olunacaq turnirdə niyə oynamalıdı? Mən bunu başa düşmürəm. Dünya kubokunu qazananda çox məmnun idi. Amma İddiaçıların turnirində oynamaq istəmədi. Rəcəbovu son analoji yarışa dəvət etməyə yenə hardasa haqq qazandırmaq olardı. Amma 2022-də baş tutacaq yarışa bu şəkildə qatılması məntiqsiz və yersizdi”.