“Yuventus” rəhbərliyi baş məşqçi vəzifəsində növbəti dəyişikliyi etməyə qərar verib. İtaliya mənbələrinin yaydığı xəbərə görə, Turin klubu Andrea Pirlonu istefaya göndərməyi lazım bilib.
Rəhbərlik onu Massimiliano Alleqri ilə əvəzləmək qərarına gəlib. Prezident Andrea Anyellinin dünən 53 yaşlı çalışdırıcı ilə görüşdüyü və onunla razılığa gəldiyi bildirilib. “Yuventus”un baş məşqçi dəyişikliyini qısa zamanda rəsmən açıqlayacağı gözlənilir. Xatırladaq ki, Alleqri 2014-2019-cu illədə də Turin klubunu çalışdırıb və komandanı ardıcıl 5 dəfə A seriyasında, 4 dəfə isə İtaliya kubokunda qələbəyə daşıyıb.