Nəhayət, Lionel Messi ilə bağlı məsələyə aydınlıq gəlib. “Barselona”nın kapitanı klubda qalacaq.
“El Confidencial” portalının yaydığı xəbərə görə, argentinalı hücumçu artıq İspaniya klubunun prezidenti Xuan Laporta ilə danışıqlarda razılığa gəlib. Lionel yeni müqaviləyə əsasən 2023-cü ilin yayına qədər doğma komandasında top qovacaq. Qeyd edək ki, son bir neçə gündə Laporta və ulduz futbolçunun agenti olan atası Xorxe Messi ilə danışıqlar aparıb. Hər iki tərəf yeni müqavilənin ən qısa zamanda imzalanmasına razılaşıb. Lionelin “Barselona”da yeni mövsümdən nə qədər qazanacağı hələ ki məlum deyil. Bu, klubun maliyyə yoxlamasının nəticələrindən asılı olacaq. Ancaq onun maaşının azaldılacağı gözlənilir. Yeri gəlmişkən, 33 yaşlı hücumçu son mövsüm La Liqada 35 matçda 30 qol vuraraq ən yaxşı bombardir adını qazanıb.