Milli komandamızla yoldaşlıq görüşü keçirəcək Belarusun heyəti açıqlanıb. Baş məşqçi Georgi Kondratyev 23 futbolçuya dəvət göndərib. İyunun 2-də Minskdəki “Dinamo” stadionunda yığmamızı sınağa çəkəcək Belarus millisi 5 gün sonra Qrodnodakı “Neman” stadionunda Syerra Leone ilə qarşılaşacaq: qapıçılar - Anton Çiçkan (BATE), Pavel Pavlyuçenko (Rux), Vladislav Vasilyuçek (İsloç); müdafiəçilər - Denis Polyakov (“Kayrat”, Qazaxıstan), Maksim Volodko (BATE), Kirill Peçenin (Rux), Nikolay Zolotov (“Kolos”, Ukrayna), Maksim Şvetsov (Dinamo-Minsk), Qleb Şevçenko, Ruslan Xadarkeviç (“Şaxtyor”, Soliqorsk), İqor Zayats (Qomel); yarımmüdafiəçilər - Yevgeni Yablonski (BATE), Maks Ebonq (“Astana”, Qazaxsıtan), Roman Yuzepçuk, Yevgeni Şevçenko, Denis Qreçixo (hamısı “Rux”), Vladislav Klimoviç (Dinamo-Minsk), Dmitri Podstrelov (“Şaxtyor”, Soliqorsk), Dmitri Antilevski (Torpedo-BelAZ), Yevgeni Beryozkin (“Liepaya”, Latviya), Pavel Sedko (Dinamo-Brest); hücumçular - Maksim Skavış (BATE), Andrey Solovey (Qomel).
Yeri gəlmişkən, Bakı vaxtı ilə saat 20.00-da start götürəcək Belarus - Azərbaycan oyununa azarkeşlər də buraxılacaq.