110. Neftçi (Bakı) - Qarabağ (Ağdam) 1:0 (0:0)
30. Aqil Məmmədov - 6,0
24. Yusuf Laval - 6,0
(28. Stiven Jozef-Monroz, 76) - qiymətsiz
3. Mamadu Mboc - 6,5
6. Voislav Stankoviç - 6,0
5. Anton Krivotsyuk - 6,0
26. Ömər Buludov - 6,0
36. Mamadu Kane - 6,0
(9. Əhməd Əhmədov, 85) - qiymətsiz
8. Emin Mahmudov (k) - 7,0
29. Sabir Buqrin - 6,0
4. Keysuke Honda - 6,5
(22. Mirabdulla Abbasov, 69) - 5,5
7. Namik Ələskərov - 6,5
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
19. Fəhmin Muradbəyli
91. Tallison Dias
17. Bruno Teluşi
20. Mərt Çəlik
49. Rener Alves
80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Emin Mahmudov
12. Emil Balayev - 5,5
44. Elvin Cəfərquliyev - 6,0
55. Bədavi Hüseynov - 6,0
81. Kevin Medina - 6,0
5. Maksim Medvedev (k) - 6,0
2. Qara Qarayev - 6,0
6. Patrik Andrade - 5,5
(7. Kvabena Ovusu, 46) - 5,5
18. İsmayıl İbrahimli - 6,0
10. Abdullah Zubir - 6,0
(4. Rahil Məmmədov, 87) - qiymətsiz
9. Xayme Romero - 6,5
11. Mahir Emreli - 6,0
(8. Uroş Matiç, 74) - 5,5
Ehtiyat oyunçular
94. Ayhan Arazlı
95. Məmməd Hüseynov
30. Abbas Hüseynov
27. Toral Bayramov
66. Cavid Bayramov
21. Rauf Hüseynli
99. Hüseyn Hüseynzadə
29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Xayme Romero
Qol: Ə.Əhmədov, 90 (M.Mboc).
Vərəqələr: M.Medvedev, 8 (qeyri-idman hərəkəti). A.Krivotsyuk, 84 (qeyri-idman hərəkəti). K.Ovusu, 90+3 (qeyri-idman hərəkəti). A.Məmmədov, 90+4 (oyunun bərpasının ləngidilməsi). E.Cəfərquliyev, 90+4, oyundan sonra (hakimin qərarına etiraz). T. Bayramov, 90+6 (hakimin qərarına etiraz) – sarı. E.Cəfərquliyev, oyundan sonra - qırmızı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu, Müslüm Əliyev (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
19 may. Mərdəkan. “Dalğa Arena”. Tamaşaçısız.
Yalnız ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 7,0.
Gözlənilənlərin əksinə, oyun ağdamlıların üstünlüyü ilə başladı. Onlar topa daha çox nəzarət edir, rəqib müdafiəsini yarmağa çalışırdılar. İlk yarıda təhlükəli hücumların sayı az olsa da, komandaların əzmkarlığı göz oxşayırdı.
Fasilədən sonra meydanda qüvvələr nisbəti bərabərləşdi. “Neftçi”də Buqrinlə Hondanın oyunu istənilən səviyyədə alınmırdı. 53-cü dəqiqədə Xayme cərimə meydançası daxilində Stankoviçin müdaxiləsindən sonra yerdə qaldı. Elçin Məsiyev bu epizodda davam işarəsi verdi. Lakin həmin anın videogörüntülərinə baxanda serbiyalı müdafiəçinin qaydanı pozduğu açıq-aşkar görünür. Bundan sonra “Neftçi” daha çox qısa ötürmələrlə topu özündə saxlayır, hücum qurmağa çalışırdı. Andrade ilə Mahirin zədələnməsi “Qarabağ”ın oyun planına ciddi təsir etdi. Samir Abasov isə bütün hücum gücünü - Mirabdulla, Jozef-Monroz və Əhmədi meydana buraxdı. Sona yaxın “Qarabağ”ın qapısı önündə təhlükəli hücumların sayı artdı. Nəhayət, 90-cı dəqiqədə Jozef-Monrozun sol cinahdan asmasını Mboc başla Əhmədə göndərdi. Türkəsilli bolqar forvard “Neftçi”yə 8 ildən sonra çempionluq qazandıran qolu vurdu.
İLKİN SULTANLI
Gözdən qaçmadı
* “Neftçi”nin avtobusunu fanatlardan ibarət maşın karvanı müşayiət edirdi. “Qarabağ” azarkeşləri də komandanı bazadan çıxan zaman böyük coşqu ilə “Dalğa Arena”ya yola saldılar.
* Stadionun ətrafında “Bakı Media Mərkəzi”nin avtobusları var idi. Görünən bu idi ki, “CBC Sport” oyunun yayınını problemsiz təşkil etmək üçün bu quruma müraciət etmişdi.
* Komandaların əsas heyət üzvlərinin və baş məşqçilərin adı səsləndiriləndən sonra diktor İlkin Babanın jurnalistləri alqışlatdırması diqqəti çəkən məqamlardan idi.
* “Dalğa Arena”dakı tablo işləmirdi.
* "Neftçi" çempionluq kuboku ilə təltif olunandan sonra II Fəxri Xiyabana yollandı. Kollektiv komandanın azarkeşlərinin - mayor Rüfət Əsgərovla leytenant Teymur Məcidzadənin məzarını ziyarət etdi. Ziyarətdə klub prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, Samir Abasovun rəhbərlik etdiyi məşqçilər heyəti və bütün futbolçular iştirak etdi.
“Qarabağ”dan nəcib jest
Azərbaycan futbolu tarixində ilk dəfə ölkə çempionatının mükafatı şəhidə veriləcək. Bu haqda qərarı “Qarabağ”ın rəhbərliyi verib. Klub Vətən Müharibəsində şəhid olan azarkeş Məhəmmədəli İbrahimlinin adını medal alacaq komanda üzvlərinin siyahısına daxil edib. "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadənin sözlərinə görə, mükafat yaxın günlərdə şəhidin ailəsinə veriləcək.
Dünənki oyunu izləyənlər arasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun övladları da olub. Abbaszadənin dediyinə görə, PFL oyun üçün Ağdam təmsilçisinə 20 dəvətnamə verib: "Şəhidimiz Polad Həşimovun övladları bizə oyunu izləmək istədiklərini bildirdilər. Ömürboyu onlara borcluyuq. Övladlarının istəyini yerə sala bilməzdik. Bizə verilən dəvətnamələrdən üçünü onlara ayırmışıq. Matçı tribunada dayıları ilə izləyirlər".
“Qarabağ”ı narazı salan iki məqam
Çempionun müəyyənləşdiyi oyunda "Qarabağ" azarkeşlərinin kəskin narazılığına səbəb olan iki mübahisəli epizod yaşandı. 53-cü dəqiqəyə təsadüf edən ilk epizodda Romero Stantkoviçlə mübarizədə yerdə qalır və elə görünür ki, “Neftçi”nin müdafiəçisi ona toxunub. İkinci epizod isə uzatma dəqiqələrinə təsadüf etdi. İsmayıl İbrahimlinin zərbəsindən sonra top əvvəlcə Stankoviçin ayağına, sonra isə əlinə dəydi. Baş hakim Elçin Məsiyəv hər iki epizodda qayda pozuntusunun olmadığını düşünərək, penalti qərarı vermədi.