Sizin reklam burada

“Sabah” “Zirə”yə şok yaşatdı

Title
112. Sabah (Bakı) – Zirə 2:1 (1:0)
1. Saşa Stamenkoviç – 5,5
14. Slavik Alxasov – 5,5
3. Zurab Oçiqava – 5,0
13. Filip İvanoviç – 5,5
(2. Amin Seydiyev, 84) – qiymətsiz
4. Bəhlul Mustafazadə (k) - 6,0
33. Camal Cəfərov – 5,0
(6. Şakir Seyidov, 62) – 4,5
30. Mario Marina – 5,0
7. Coşqun Diniyev – 5,5
90. Ramil Şeydayev – 5,5
10. Aleksey İsayev – 5,5
(19. Təmkin Xəlilzadə, 83) – qiymətsiz
9. Xulio Sezar Rodriges – 5,5
Ehtiyat oyunçular
94. Nicat Mehbalıyev
31. Rüstəm Samiqullin
15. Ruslan Abışov
17. Məhəmməd Mirzəbəyov
34. Bəxtiyar Həsənalızadə
48. Dmitri Klots
66. Abdulax Xaibulaev
27. Samir Məhərrəmli
77. Veysəl Rzayev
Baş məşqçi: Ramin Quliyev
Komandanın ən yaxşısı: Bəhlul Mustafazadə

1. Mateus Albino – 4,0
32. Qismət Alıyev – 4,5
44. Dmitrios Çantakias – 4,0
26. Nemanya Andelkoviç – 4,0
2. Sərtan Taşkın – 4,5
21. Hacıağa Hacılı – 4,0
(7. Tural Bayramlı, 74) – 4,0
8. İlkin Muradov – 3,5
(9. Davit Volkov, 62) – 4,0
10. Ağabala Ramazanov (k) – 5,0
30. Riçard Almeyda – 4,0
(4. Elvin Camalov, 69) – 4,0
11. Klesio Bauk – 4,5
17. Rodriqo Bonqonqui – 4,5
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
13. Şəhriyar Rəhimov
5. Kərim Diniyev
12. Lazar Corceviç
14. Fakundo Melivilo
29. Musa Qurbanlı
77. Cəlal Hüseynov
27. Tamerlan Burcəliyev
6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Ağabala Ramazanov
Qollar: R.Şeydayev, 21 (1:0). Q.Aliyev, 78-p. (1:1) X.S.Rodriges, 89 (2:1, S.Alxasov).
Vərəqələr: H.Hacılı, 41 (qeyri-idman hərəkəti). M.Marina, 71 (hakimin qərarına etiraz). A.Ramazanov, 77 (qeyri-idman hərəkəti). F.İvanoviç, 78 (qeyri-idman hərəkəti). S.Alxasov, 87 (qeyri-idman hərəkəti). Z.Oçiqava, 90+5 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
19 may. Masazır. Bank Respublika Arena. Tamaşaçısız.
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Mövsümü 3-cü yerdə başa vurub avrokuboklara yollanmaq imkanı “Zirə”nin öz əlində idi. Son tur ərəfəsində ən yaxın izləyicisi “Sumqayıt”ı 2 xal qabaqlayan “qartallar”ın heç bir turnir iddiası qalmayan “Sabah”ı yenəcəyini çoxları güman edirdi. Ancaq Ramin Quliyev və komandası bütün proqnozları alt-üst etməyi bacardı.
Matç o qədər yüksək tepmdə başlamadı ki, bu da başadüşülən idi. Qonlar ehtiyatlı oyuna üstünlük verib rəqibi əks-hücumda yaxalamaq istəyirdi. Rəşad Sadıqovun bu gedişi az qala 14-cü dəqiqədə özünü doğruldacaqdı. Ancaq Bonqonqui Stamenkoviçlə təkbətək dueldən məğlub ayrıldı. Fransalı forvard yüzfaizlik qol imkanını əldən verdi. Çox keçmədən qəsəbə təmsilçisi bunun acısını çəkdi. Şeydayev Albinonun geri qaytardığı topu qüvvətli zərbə ilə tora qovuşdurdu. Buraxılan qol “qartallar”ı bir daha ehtiyatlı oynamağa vadar etdi. Meydanın mərkəzini “tələbələr”ə verən qonaqlar daha çox cinahlardan hücum qururdu. Ancaq qapı önünə asmaları və ötürmələri Bəhlul və onun rəhbərlik etdiyi müdafiə xətti zərələşdirməyi bacarırdı. Volkovun ehtiyatda qalması “Zirə”nin hücum xəttinə təsir göstərmişdi. Sürəti və texnikası ilə seçilən Davitin yoxluğunda “qartallar” irəlidə heç nə edə bilmirdi. Gürcü futbolçunun çiynində ağrılar olduğundan baş məşqçi riskə getməyərək onu ehtiyatda saxlamağı lazım bilmişdi. Fasilədə paralel keçən görüşdə sumqayıtlıların hesabda önə keçdiyi xəbərini alan qəsəbə təmsilçisinin 2-ci yarıda bir qədər fəallaşacağını gözləmək olardı ki, təxminlər özünü doğrultdu. İkinci hissə başalayar-başlamaz qonaqlar böyük qüvvə ilə irəli atıldı. Artıq hamı başa düşürdü ki, bu hesab “qartallar”a sərf etmir. Belə hücumların birində Sadıqovun komandası penalti vurmaq hüququ qazandı. Hakimə görə Mario cərimə meydançasının daxilində Qismətə qarşı kobud oynamışdı. Ancaq onu da bildirək ki, Əliyar Ağayevin bu qərarını heç də birmənalı qarşılamaq olmaz. Həmin an sanki Alıyev ikili mübarizədə bilərkdən özünü yerə atmışdı. Zərərçəkən özü topun arxasına keçib hesabı bərabərləşdirdi. Qoldan ruhlanan qonaqlar təzyiqi bir qədər də artırdılar. Hamı gec-tez Stamenkoviçin qapısına qol vurulacağını gözlədiyi halda meydan sahibləri əsas vaxtın bitməsinə 1 dəqiqə qalmış növbəti dəfə hesabda önə çıxdı. Bu dəfə oyunu heç də yüksək səviyyədə keçirməyən Rodriges adını tabloya yazdırdı. Paraqvaylı forvard Alxasovun qapı önünə asmasını uzaq küncə dəqiq yönəltdi. Qapısında ikinci qolu görən qonaqların ruhdan düşdüyü, artıq “bürünc”dən əlini üzdüyü hiss olunurdu. Əsas vaxta əlavə olunan dəqiqələrdə “Zirə” irəli atılsa da, tələskənlik hücumları məntiqi sonluğa çatdırmağa imkan vermirdi.
RƏŞAD

Reaksiyalar
Rəşad Sadıqov: "Maraqlı oyun keçdi. Bəlkə də mövsüm ərzində ən yaxşı görüşlərimizdən birini keçirdik. Hesab 0:0 olarkən yüzfaizlik imkandan yararlana bilmədik. Səfərdə üstün oyun sərgiləyə bildik. İlk yarıda rəqibin yeganə zərbəsi qolla nəticələndi. İkinci hissədə bərabərlik qolunu vursaq da, əks-hücumda qol buraxdıq. Məncə, komanda pis nəticə əldə etmədi. Heyət baxımından bəzi komandalardan geri qalsaq da, 4-cü olmağı bacardıq. Buna görə futbolçularıma təşəkkür edirəm. Mövsüm ərzində konkret “qırılma nöqtəsi”nin harda olduğu barədə çox danışa bilərəm. Hər şey hələ bir neçə tur əvvəlcədən xeyrimizə bitə bilərdi. İndi bu barədə çox danışmaq istəmirəm. Yəqin gələcəkdə danışmağa vaxtımız olacaq".
Ramin Quliyev: "Çempionatı yaxşı notda bitirmək istəyirdik. Futbolçularımız qələbə üçün əllərindən gələni etdilər. Rəqibin kimliyidən asılı olmayaraq, bütün oyunlarda, o cümlədən də bu gün meydana qələbə üçün çıxmışdıq. Bir çox futbolçumuzun müqavilə müddəti bitir. Qalanlara da, gedənlərə də ayrı-ayrılıqda təşəkkür edirəm. Mövsümün son oyununa yaxşı hazırlaşmışdıq. Epizodlar zamanı kompakt müdafiə olunduq. Oyunları əks-hücumda qurmaq istəyirdik. Hesabda 1:0 öndə olarkən, təəssüf ki, yenə qapımızda 11 metrlik cərimə zərbəsi gördük. Bu penaltiyə oxşamırdı. Amma hər oyun qapımıza penalti təyin olunur. 50-nin 50-yə olanda belə qərar verilir. Bu, bir qədər xoşagəlməz hadisədi. Hər şey "Sabah"ın başına gəlir. Tam epizodu görməmişəm. Amma ilkin qənaətim budu ki, orda penalti yox idi. Təbii ki, hazırda komandada olduğum halda, baş məşqçi postuna kimlərinsə gələcəyi barədə söhbətlər xoşagələn deyil. Mən bu barədə bir söz deyə bilmərəm. Hər kəsin şəxsi fikri var. Rəhbərliklə müqavilə barədə hələ danışığımız olmayıb. Kluba yad adam deyiləm, idman direktorluğundan baş məşqçi postuna gəlmişəm. Rəhbərlik məsləhət bilsə və məni bu postda saxlamağa ehtiyac görsə, qalacam. Dəyişiklik edilsə, öz mövqeyimə çəkilərək, kluba xidmət edəcəm".

Gözdən qaçmadı
* Rəşad Sadıqov yenə öz ampluasında idi. “Zirə”nin baş məşqçisi hər oyunda olduğu kimi bu dəfə də hakimlərdən narazılıq edirdi. Epizodların birində Sadıqov “bizim futbolçu yerə yıxılanda “mübarizədi” deyib üstündən keçirsiz, eyni halla rəqibin futbolçusu qarşılaşanda “qayda pozulub” deyib fit səsləndirirsiz” söylədi.
* Fasilədə Aleksey İsayevlə Ağabala Ramazanov arasında insident yaşandı. Komanda yoldaşlarının müdaxiləsi olmasaydı, tərəflər əlbəyaxa davaya çıxacaqdı.
* Mətbuat konfransı zamanı meydan sahiblərinin baş məşqçisi Ramin Quliyev konfrans zalına gəlsə də, “tələbələr”in mətbuat katibi Elnur Həmidov bir qədər gecikdi. Fürsətdən istifadə edən Ramin bəy zalda əyləşənlərdən “Səbail” – “Sumqayıt” və “Keşlə” – “Qəbələ” matçlarının hansı hesabla başa çatdığını soruşdu.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.