• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”ın azarkeşi Eldar Mansurovla Rüstəm Rəhimova səsləndi

Aktual

18-05-2021, 11:0

“Qafqazda bu nəticəni təkrarlayan ikinci klub göstərə bilərsiz?”
Eldar Mansurovun ciddi əks-səda doğuran müsahibəsini, yəqin ki, xatırlayırsız. Tanınmış bəstəkarın “Qarabağ”ı komanda hesab etmirəm” fikri ictimaiyyət arasında yaxşı qarşılanmadı. Ağdam təmsilçisinin stajlı azarkeşlərindən Toğrul İsmayılov qəzetimizə müraciət edərək, şikayətini dilə gətirdi. O, bəstəkarın fikirlərinə etiraz etdi. İsmayılov Mansurovu müdafiə edən Rüstəm Rəhimovu da qınadı: “Eldar Mansurovun dediklərinə görə sizə müraciət etmişəm. Tanınmış bəstəkar deyir ki, “Neftçi”yə sevgim olduğu üçün bu fikirləri səsləndirmişəm. Bu səbəbdən də azarkeşlər üstümə düşür. Eldar bəy, sənin “Neftçi” sevginə etirazımız yoxdu. Ömrünün axırına kimi, ölənə qədər bu komandanın eşqi ilə yaşaya bilərsən. Problem “Qarabağ” haqda dediklərindi. Necə yəni “Qarabağ”ı komanda saymıram? Adama deyərlər, sən kimsən? Heç nə yox, hansısa klubu göstərə bilərsiz ki, tarixində Adil Nadirov kimi dahi şəxs olsun? Bu adam klubun yaşaması, Azərbaycan futbolu üçün canını qoyub. Allahverdi Bağırov kimi kapitan hansı klubun heyətində çıxış edib? Bəli, hamı qəbul edir ki, “Neftçi” SSRİ çempionatında çıxış edib. Buna kimsə nəsə demir. Hər bir klubun özünə görə tarixi var. İndi “Neftçi” o vaxtlar yaxşı çıxış edib deyə, “Qarabağ” inkişaf etməməlidi? Ağdam klubu Avropanın ən nüfuzlu turniri olan Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb. Qafqazda bu nəticəni təkrarlayan ikinci klub göstərə bilərsiz? Yox! Çünki bunu ancaq “Qarabağ” bacarıb. MDB-də vəsiqə qazanan beşinci ölkənin klubudu. Yəni hərənin özünə görə inkişaf yolu və tarixi var”.
Həmsöhbətimiz Ağdam təmsilçisinin qəsdən irəli çəkilməsi fikrini də qəbul etmir: “Deyir ki, “Qarabağ”ı qabağa çəkirlər. Qardaş, 2008-ci ili yadınıza salın. Qurban Qurbanovun komandaya gəlişi, gördüyü işlər sayəsində Ağdam klubunda dirçəliş oldu. Bəstəkar deyir ki, komanda legionerlərin sayəsində oynayır. “Atletik”dən başqa əcnəbi futbolçulardan imtina edən klub göstərə bilərsiz? Bu, boş söhbətdi. Yadınıza salın 2010-11-ci illəri. Çempionatda çıxış edən bütün komandaların heyətində 11-12 legioner var idi. Amma “Qarabağ” yerli futbolçularla avrokuboklarda “qan elədi”. Ona qədər heç kim fikirləşmirdi ki, öz uşaqlarımızın da xidmətindən yararlanaq. Qurban Qurbanovun komandası qoydu bu ənənənin əsasını. Həmin komandada Admir Telidən başqa legioner futbolçu kim idi? Bu komandanın sabiq mətbuat katibi Nurlan İbrahimovu 3 cümləlik sözünə görə futboldan ömürlük uzaqlaşdırdılar. “Qarabağ”ı qabağa çəksəydilər, icazə verərdilər UEFA belə qərar versin? Avropada Ağdam təmsilçisinin yolunu açmaqla bağlı hansısa xırda bir dəstək olsaydı, vallah, UEFA və FIFA elə sanksiyalar tətbiq edərdi ki, gəl, görəsən. Eldar Mansurov özü də bilir ki, erməni lobbisinin bu qurumlara təsiri necə böyükdü”.
Toğrul bəy “Qarabağ”ın ilkləri gerçəkləşdirdiyini söylədi: “Ümumiyyətlə, “Qarabağ” Azərbaycan futbolu tarixinə damğa vurub. Avrokuboklarda ilk dəfə səfərdə nəticə əldə edib. İlk dəfə “böyük beşlik” ölkələrinin klublarını gətirib Azərbaycana. Yürgen Kloppun əfsanəvi “Borussiya”sı ilə qarşılaşıb. Bunları bilməyən adam deyir ki, “Qarabağ”ı komanda saymıram. Sonra atdı jurnalistin üstünə ki, bunu dilə gətirməmişəm. Sözünün arxasında durardın. Sadə vətəndaşlar ona bəstəkar kimi həmişə hörmət ediblər. Öz sahəsi üzrə ölkənin ən yaxşısıdı Eldar Mansurov. Buna söz yoxdu. Amma bu o demək deyil ki, hər ağlına gələni danışmalıdı. Azərbaycan şəhidlər və qazilər ölkəsidi. Sadəcə, şəhid ailələri, qazilərin istənilən mövzu haqda danışmağa haqqı var”.
Azarkeş sonda Rüstəm Rəhimovun fikirlərinə də reaksiya verdi: “Rüstəm Rəhimov onu müdafiə edir. O da səhv edir. Deyir ki, Eldar Mansurovun “Neftçi” sevgisi var. Bizim hamımız uşaqlıqdan bu kluba məhəbbət bəsləyirik. Yenə deyirəm, bu bizə maraqlı deyil. Sadəcə, nə üçün “Qarabağ” haqda danışır? Ağdamda, “İmarət” stadionunda son oyunu idarə edən Rüstəm Rəhimov olub. Mayın 12-də “Qarabağ”la “Turan” üz-üzə gəlirdi. İndi “Qarabağ”ı komanda saymıram” deyəni necə müdafiə edə bilər. Eldar Mansurov bilmir ki, Azərbaycan çempionatında həmişə çıxış edən iki klub var? Onlardan biri “Qarabağ”, digəri “Neftçi”di. 2001-ci ildə Fuad Musayevin dövlətlə problemi olanda, futbolun pis vaxtlarında “Azərsun” şirkəti komandaya sponsor oldu. O gündən bəri bu işi öhdəsinə götürüb. Allah onların canlarını sağ eləsin. Bu qədər əziyyəti yerə vurmaq olmaz axı. Eldar Mansurov danışanda sözlərinə fikir versin. Sən kimsən ki, “Qarabağ”ı klub saymıram” deyəsən? Özbaşınasan? “Qarabağ”ı dünyada tanıyırlar. Avropa Klublar Assosasiyasının üzvlərindən biridi Ağdam təmsilçisi. “Real”ın, “Yuventus”un rəhbərlərinin yanında “Qarabağ”ın nümayəndəsi oturur. Sənin haqqın nədi “bu komandanı saymıram” deyəsən?”
İLKİN SULTANLI

Oxunub: 358
Paylaş:
Digər xəbərlər

Aktual

14-05-2021, 13:0

Rüstəm Rəhimov gənclərə çağırış etdi

Dünya futbolu

27-09-2021, 10:0

Eldar oynadı, komandası isə ...

Aktual

14-05-2021, 14:0

Aqil Abbas Eldar Mansurova cavab verdi

Dünya futbolu

18-10-2021, 10:0

Həmyerlilərimiz oynadı, komandaları bacarmadı

Aktual

11-06-2019, 17:0

Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı…

Dünya futbolu

4-11-2021, 11:0

Eldar Quliyev Ukrayna millisində

Aktual
BOS "Qarabağ" - "Qalatasaray" matçına hazırdı? - FOTOLAR
"Qarabağ"ın sağlamlıqla bağlı problemləri olan tək azarkeşi mən deyiləm" - Zəfər Hacılı
"Bu gün gənc Yusifə şans vermək daha məntiqli olar"
"Qarabağ" - "Qalatasaray" matçını bu kanal yayınlayacaq
"Uğurlu seriyanı davam etdirmək istəyirik" - Yanne Andersson
De Byazi qapıda kimə güvənəcək? - KÖŞƏ
Son xəbərlər
  • Bu gün, 12:16
    Azərbaycan - Şimali Makedoniya matçının hakimləri
  • Bu gün, 11:55
    BOS "Qarabağ" - "Qalatasaray" matçına hazırdı? - FOTOLAR
  • Bu gün, 11:34
    Aynur Rzayeva bunu bacaran ilk azərbaycanlı qadın boksçu oldu
  • Bu gün, 11:13
    "Neftçi" - "Qəbələ" oyunu saat neçədədi?
  • Bu gün, 10:52
    Bosniya və Herseqovina Azərbaycana qarşı - YENİLƏNİR
  • Bu gün, 10:31
    Yarımfinala vəsiqəni təmin etdilər - Azərbaycan kuboku
  • Bu gün, 10:00
    Bu gün AÇ-2024-ün seçmə mərhələsi başlayır - YENİLƏNİR
  • Dünən, 23:50
    "Qarabağ"ın sağlamlıqla bağlı problemləri olan tək azarkeşi mən deyiləm" - Zəfər Hacılı
  • Dünən, 23:38
    Stadion İran – Rusiya qarşılaşmasına hazır deyil?
  • Dünən, 23:10
    Millimiz Qazaxıstanı məğlub etdi
  • Dünən, 22:56
    Oveçkin 140-cı dəfə hesabı açdı
  • Dünən, 22:35
    Baş məşqçidən "Ermənistan" - "Türkiyə" matçına görə azarkeşlərə xəbərdarlıq
  • Dünən, 22:11
    Əfsanə Bakıya gəlir
  • Dünən, 21:57
    Teytum “Boston”un 35 illik rekordunu təkrarladı
  • Dünən, 21:27
    BOK ruslarla belarusların taleyinə nə vaxt aydınlıq gətirəcək?
  • Dünən, 21:06
    "Barselona"dan qeyri-adi addım
  • Dünən, 20:52
    Marko “Mersedes”i titula iddialılar sırasında görmür
  • Dünən, 20:38
    Hüseyn Məhəmmədov fərqli düşünür
  • Dünən, 20:05
    Rusiya - İran qarşılaşması hansı kanalda yayınlanacaq?
  • Dünən, 19:54
    Neftçi"yə 7 futbolçu qoşulub
  • Dünən, 19:41
    MBA əfsanəsi dörd üzüyünü satıb
  • Dünən, 19:17
    Bu klub futbolçularına istirahət verilməyib - SƏBƏB
  • Dünən, 18:52
    Avropa Oyunlarında şahmat yarışları keçiriləcək
  • Dünən, 18:39
    Füri – Usik döyüşü ilə bağlı danışıqlar dalana dirənib - TƏHLİL
  • Dünən, 18:10
    "Zirə"nin əvəzediciləri ciddi problemlə üzləşib - AÇIQLAMA
  • Dünən, 17:57
    Oveçkinin şərəfinə mərasim olacaq
  • Dünən, 17:35
    "Bu gün gənc Yusifə şans vermək daha məntiqli olar"
  • Dünən, 17:16
    ''Beşiktaş'' TFF ilə razılaşmayıb UEFA-ya müraciət edəcək
  • Dünən, 16:54
    "Kəpəz-2" məcbur qalıb - AÇIQLAMA
  • Dünən, 16:33
    Rəhbərlik Azər Mehdiyevin qarşısına hansı hədəfi qoyub?
  • Dünən, 16:17
    “Barselona”da iki itki
  • Dünən, 15:55
    Divizion təmsilçisi premyer-liqa klubu ilə yoxlama oyunu keçirəcək
  • Dünən, 15:35
    Milli komandanın düşərgəsini tərk etdi
  • Dünən, 15:10
    İki ildən sonra “Kristal Pelas”a qayıtdı
  • Dünən, 14:56
    “Araz-Naxçıvan”da nə baş verir? - AÇIQLAMA
Daha çox
Oxunub: 1 983
"Qarabağ" - "Qalatasaray" matçını bu kanal yayınlayacaq
Oxunub: 495
"Qarabağ" "Qalatasaray"la oyun üçün hansı klublardan futbolçu cəlb edəcək? - AÇIQLAMA
Oxunub: 395
Rövnəq Abdullayev hər futbolçuya 1000 manat verib? - AÇIQLAMA
Oxunub: 394
"Forza Neftçi"nin Qurban Qurbanovun açıqlamasına reaksiyası
Oxunub: 391
"Füzuli" icarəyə stadion götürdü - AÇIQLAMA
Oxunub: 320
"Qarabağ" - "Qalatasaray" oyununa bilet satışı: 2 saata fantastik nəticə
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə