Sizin reklam burada

Mbappe Olimpiadada iştirak edəcək?

Title
Kilian Mbappe Fransanın bu yay Tokioda keçiriləcək Yay Olimpiya Oyunları üçün ilkin iştirak ərizəsinə daxil edilib. Bu xəbəri “Ekip” qəzeti yayıb.
İlkin heyətdə 85 idmançı var. Mbappe Olimpiada kimi nüfuzlu turnirdə özünü sınamaq istəsə də, onun yekun siyahıda yer alması çətin görünür. Bunun əsas səbəbi 22 yaşlı hücumçunun AÇ-2020-də iştirak edəcəyidi. Belə ki, bu yarışlar arasında cəmi 10 günlük müddət olacaq. Qeyd edək ki, fransızların ilkin heyətinə tanınan futbolçulardan Usman Dembele (Barselona), Eduardo Kamavinqa (Renn), Jül Kunde (Sevilya) və Teo Ernandes (Milan) də düşüb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.