Sizin reklam burada

Löv Müllerə nə deyib?

Title
Almaniya millisinin baş məşqçisi Yoahim Löv Tomas Müllerlə bağlı fikrini dəyişib. “Bild” qəzetinin yaydığı xəbərə görə, 61 yaşlı mütəxəssis “Bavariya”nın təcrübəli futbolçusuna zəng edərək, onu AÇ-2020 üçün yığmaya çağırmaq istədiyini bildirib.
31 yaşlı yarımmüdafiəçinin bu məsələ ilə bağlı qərarı hələlik dəqiqləşməyib. Löv isə mayın 19-na qədər dəvət olunacaq oyunçuların siyahısını açıqlamağı planlaşdırır. Qeyd edək ki, UEFA-nın yeni qərarına əsasən, AÇ-2020 üçün iştirak ərizəsinə 23 yox, 26 futbolçu daxil olunacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.