Sizin reklam burada

Xavi “Əl-Sədd”də qaldı

Title
Bir neçə gün əvvəl Xavi Ernandeslə bağlı yayılan xəbər doğru çıxmayıb. İspaniyalı mütəxəssisin mövsümün sonunda “Əl-Sədd”i tərk edəcəyi iddia edilmişdi. Buna əsas səbəb kimi komandanın Asiya Çempionlar Liqasında mübarizəni qrup mərhələsində dayandırması göstərilmişdi.
Lakin Qətər klubu tam fərqli qərar verib: baş məşqçi ilə müqavilə yenilənib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 41 yaşlı mütəxəssislə əməkdaşlığın müddəti ikiilliyə artırılıb. Nəticədə Xavi “Əl-Sədd”i 2023-cü ilədək çalışdırmaq hüququ qazanıb. Xatırladaq ki, Xavi komandanın başına 2019-cu ildən keçib. “Əl-Sədd” onun rəhbərliyi altında Qətər çempionluğunu və ölkə kubokunu qazanıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.