Sizin reklam burada

Neymarın məlum qərarına sözardı

Title
Braziliyalı ulduz “Barsa”dan PSJ-yə təzyiq vasitəsi kimi yararlandı
Heç şübhəsiz, Neymar “Barselona”dan getmək qərarına görə dəfələrlə təəssüflənib. Həmin vaxt onun qəlbini Messinin kölgəsindən çıxmaq və yeni kral olmaq arzusu isidirdi. Ancaq illər ötəndən sonra aydın oldu ki, birlikdə daha möhtəşəm imişlər. Xosep Qvardiola əbəs yerə demir ki, MSN (Messi – Suares - Neymar) futbolda gördüyü ən möhtəşəm üçlükdü: “Neymar “Barselona”da bir qədər də ləngisəydi, onlar birlikdə iki-üç dəfə də Çempionlar Liqasını qazanardılar”.
“Barsa”da yaxşıların yanında oynayan braziliyalının özünün də səviyyəsi artırdı. Özü də La Liqada daha yüksək rəqabət şəraiti mövcud olduğu halda, Fransada PSJ və başqaları var. Hətta bu mövsüm “Lill”in mümkün çempionluğu da qlobal şəkildə heç nəyi dəyişməyəcək. İndidən “itlər”in ən yaxşı oyunçuları üçün növbəyə düzülüblər. Məsələn, “Milan”, Donnarumma “Yuventus”a keçərsə, dərhal Menyanı almağa hazırdı. Başqaları da gedəcək və hər şey əvvəlki halına dönəcək. Yəni Neymara Liqa 1-də keçirdiyi 67 oyunda 54 top vurmağa, 30 məhsuldar ötürmə etməyə imkan verən səviyyəyə. Braziliyalı Fransaya köçəndən bəri hər 68 dəqiqədən bir rəqib qapısına yol tapır. Bütün turnirləri götürsək, onda statistika daha möhtəşəm görünür: 112 oyun, 85 qol, 51 ötürmə. Ancaq Neymarın yeni müqaviləni imzalayan kimi dilə gətirdiyi titullar qazanmaq arzusu yalnız daxili istifadəyə yarayır. Üç çempion titulu, hərəsindən 2 dənə olmaqla Fransa kuboku, Liqa kuboku və Superkubok. Halbuki arzuların heyətini yığan PSJ-nin sahiblərinin əsas hədəfi Çempionlar Liqasını qazanmaq idi. Təsadüfi deyil ki, Neymarın yeni müqaviləsinə əsas avrokuboku qazanmaqla bağlı ciddi bonus məbləği yazılıb.
Ancaq Paris superklubunun arzusunu həyata keçirib-keçirməyəcəyi aydın deyil. Tomas Tuxelin rəhbərlik etdiyi PSJ tarixində ilk dəfə finala çıxanda tarixi uğur üçün yetişmiş komanda kimi görünürdü. Məhz ondan sonra Neymarın ətrafından kənara futbolçunun Parisdə xoşbəxt olduğuna və heç nəyi dəyişmək istəmədiyinə dair informasiya sıçramağa başladı. Faktiki həmin vaxt yeni müqavilə ilə bağlı alver gedirdi. Ancaq idel görünən MS-yə yarımfinaldakı məğlubiyyətdən sonra PSJ-nin yenidən parlaq futbolçular yığınına çevrilməsi bir çox açıq sual buraxdı.
Maurisio Poçettinonun nəyə qadir olduğunu söyləmək çətindi. Argentinalı PSJ-yə müdafiədən hücuma parlaq şəkildə çıxmağı öyrətsə də, bu hələ onun komandası deyil. Poçettino əvvəllər ÇL də daxil olmaqla bütün turnirlərdə maksimal nəticəyə can atan komandaları çalışdırmayıb. Və görünür, Neymarın İspaniyaya mümkün dönüşü ilə bağlı söz-söhbətin əsas səbəbi elə bu idi. Hərçənd “Barselona”nın maliyyə durumunu nəzərə alanda belə ssenari əvvəlcədən fantastika kimi görünürdü. Messinin maaşının ikiqat azaldılmasına razılıq verməsi çox şeydən xəbər verir. Odu ki, “Nou Kamp”da çox pul qazana bilməyəcəyini anlayan Neymarın ətrafı “Barsa” amilindən, sadəcə, PSJ-yə təzyiq vasitəsi kimi yararlandı və son nəticədə ərəb şeyxləri indiki dövr üçün möhtəşəm görünən müqaviləyə razılıq verdilər.
Qarşıdakı 4 ildə braziliyalı ulduzun illik təmiz qazancı 30 milyon avro olacaq. Və bu rəqəmdə bonuslar nəzərə alınmayıb. Hər saat üçün qazancın 3,7 min avto təşkil edirsə, “Neymar Parisdə xoşbəxtdi, macərasının davam edəcəyinə görə sevinir” tipli nağılların eşidilməsiu tam təbiidi. Ancaq futbolçunun 29 yaşında olduğunu nəzərə alsaq, bu, onun karyerasındakı sonuncu nəhəng müqavilədi. Braziliyalı Parisdə çoxlu pul və yerli əhəmiyyətli titul qazanacaq. PSJ-nin oxşar şərtləri olan yeni müqavilə təklifinə hələ ki razılıq verməyən Mbappeni isə belə durum qane etmir. Fransız vunderkind daha artığına can atır, vətəndə isə çoxdan darıxır. Amma qeyri-adi istedada malik, 2017-də cuşa gəlib həyatını dəyişməyə qərar verən Neymarın futboldan kral taxtına yiyələnmədən getməsi tam realdı. Onun imicini yalnız ÇL-i qazanmaq dəyişə bilər.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.