Sizin reklam burada

Ramzan Kadırovdan Xabibə orijinal atmaca

Title
“O hətta özü də UFC-nin layihəsi olduğunu bilir”
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “instaqram”dakı canlı yayında UFC-nin yüngül çəkidə sabiq çempionu Xabib Nurmaqomedovu adı çəkilən promouşenin layihəsi adlandırıb. Eləcə də döyüşçünün Rusiyanın və ya doğma Dağıstanın bayrağı altında çıxış etməməsinə toxunub: “Xabib yaxşı idmançıdı, ancaq UFC-nin layihəsidi. Yüzfaizlik layihədi, çünki Dana Uaytla yaxşı münasibətlərə malkdi. Kimsə bir döyüş buraxan kimi adını reytinqdən çıxarırlar, ancaq Xabibi heç vaxt çıxarmayıblar. O hətta özü də UFC-nin layihəsi olduğunu bilir. Layihə deyilsə, heç vaxt görməmişəm ki, Xabib qardaşımız Rusiya Federasiyasının və ya Dağıstanın bayrağı ilə çıxış etsin. Fakt faktlığında qalır – Xabib UFC-nin layihəsidi. Mən belə hesab edirəm və düşünürəm ki, o özü də razılaşar”.
Xatırladaq ki, 32 yaşlı Nurmaqomedov ötən ilin oktyabrında Castin Qetjiyə qalib gələndən sonra karyerasını bitirib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.