Sizin reklam burada

Hemilton yay fasiləsinə qədər taleyini aydınlaşdırmaq istəyir

Title
“Mersedes”in pilotu Lüis Hemilton yeni müqavilə ilə bağlı danışıqlara nə vaxt başlayacağı haqda fikirlərini bölüşüb: “Tələsmək istəmirik. Ancaq ağılla hərəkət etmək, danışıqlara başlamaq lazımdı. Çox mürəkkəb danışıqlara tezliklə başlayacağımıza ümid edirəm. Əsas odu ki, bu məsələ işə mane olmasın. Yanvardakı, fevraldakı vəziyyətə düşmək istəmirəm. Bu məsələ bütün qışımı korladı, yaxşı istirahət edə bilmədim. İrəlidə çoxlu yarış var, ancaq yay fasiləsinə qədər nəsə hazırlamaq yaxşı olardı. Onda gələcəyimlə bağlı aydın təsəvvürlə məzuniyyətə başlaya biləcəm”.
2007-dən “Formula-1”də çıxış edən Hemilton 2013-dən “Mersedes”in şərəfini qoruyur. 36 yaşlı britaniyalı Almaniya komandasının pilotu kimi 6 dəfə dünya çempionu olub. Onun “Mersedes”lə müqaviləsinin müddəti mövsümün sonunda bitəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.