Sizin reklam burada

Türkiyə mərhələsinin taleyi sual altındadı

Title
Azərbaycan da qardaş ölkəyə yardım əlini uzada bilməyəcək
“Formula-1” üzrə dünya çempionatının Türkiyə mərhələsinin təşkili sual altındadı. Böyük Britaniyanın hakim dairələri koronavirusa yoluxma sayında artıma görə qonşu ölkəni “qırmızı zona”ya aid edəndən sonra bu ölkəyə təşrif buyuran “Formula-1” komandaları ardından ciddi məhdudiyyətlərlə üzləşməli olacaq. Britaniyada yerləşən 7 komandaı İstanbulda iyunun 11-13-ü aralığında keçirilməsi nəzərdə tutulan yarışdan qayıdandan sonra 10 gün karantində qalmalıdı. Belədə karantinin bitmə tarixi Fransa “Qran-pri”sinin startı (25-27 iyun) ərəfəsinə düşür. Bu isə yarış iştirakçılarını qane etmir.
Ən azı logistika ilə bağlı problemlərin bir qismini həll etmək üçün Türkiyə və Azərbaycan mərhələlərinin (4-6 iyun) yerini dəyişmək variantı irəli sürülsə də, bu da alınmayacaq. Yəni Azərbaycan “Qran-pri”sininin təşkilatçıları tarixi dəyişməkdən imtina edib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "RaceFans"a bu haqda açıqlama verib. O, əsas səbəb kimi Bakıda futbol üzrə Avropa çempionatının keçiriləcəyini göstərib: “Söhbətlər var idi, lakin hazırkı vəziyyətdə yarış uik-endi paytaxtdakı bütün digər tədbirlər arasında sıxılıb. Çünki Azərbaycan “Qran-pri”sindən bir həftə sonra - iyunun 12-də Bakıda ilk oyun keçiriləcək. Ona görə də qrafik bu il çox sıxdı. Başqa illərin hansısa birində və təqvimdə yeganə idman hadisəsi olsaydı, belə varianta baxa bilərdik”.
Yeri gəlmişkən, Arif Rəhimov Bakıdakı yarışda azarkeşlərin olmayacağını bir daha təsdiqləyib: “Ümumiyyətlə, azarkeşlər olmayacaq. Biz, adətən, hər “Qran-pri”də üç konsert vermişik. Gecələr, pit-stop gəzintiləri və azarkeşlər üçün başqa tədbirlər keçirmişik. Amma bunlar qarşıdakı “Qran-pri” zamanı olmayacaq. Pandemiya sub-podratçılarımıza və başqa məsələlər üzrə çalışan insanlara təsir edə bilər. Adi ehtiyat tədbirləri görür, maska taxır, şəxsi gigiyenaya əməl edirik. Deməzdim ki, bunları etmək çətindi".
Qeyd edək ki, İspaniya və Monako “Qran-pri”lərində məhdud sayda azarkeşin iştirakına icazə verilib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.