Sizin reklam burada

Oveçkinin ulduzu sönür?

Title
“Vaşinqton”un forvardı Aleksandr Oveçkin müntəzəm çempionat çərçivəsində keçirilən son – “Boston” ilə oyunda məhsuldar hərəkətlə yadda qalmayıb. Cari mövsümdə keçirdiyi 45 oyunda 42 (24+18) xal toplayan rusiyalı ulduz 16 illik MHL karyerası ərzində ilk dəfə 30 şayba həddinə çatmayıb. Onu da xatırladaq ki, 35 yaşlı hokkeyçi karyerasında ilk dəfə mövsümün 12 oyununu buraxıb. O, 2009/10 mövsümündə 10 oyun buraxsa da, 50 qol vura bilmişdi. Qalan mövsümlərin heç birində Oveçkin 4-dən artıq oyun buraxmayıb.
Rusun nəticələri hər nə qədər göz oxşamasa da, TSN onun “Vaşinqton”da qalacağı haqda xəbər yayıb. Bu qaynağın xəbərinə inansaq, klubun 35 yaşlı hokkeyçi ilə müqavilə müddətini uzatmayacağına işarə edən hansısa əsas yoxdu. Hazırda “Vaşinqton”la hokkeyçi arasında danışıqlar davam edir. Oveçkin mövsümün sonuna qədər qüvvədə olan müqaviləyə əsasən ilə 9,5 milyon dollar qazanır.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.