Sizin reklam burada

Neymar imzaladı, sırada Drakslerdi

Title
Nəhayət, Neymarın yaxın gələcəyi ilə bağlı suallar aradan qalxıb. Braziliyalı futbolçu PSJ ilə yeni müqavilə imzalayıb.
Fransa klubunun rəsmi saytının məlumatında 29 yaşlı hücumçu ilə sözləşmənin müddətinin 2025-ci ilədək uzadıldığı bildirilib. O, Paris klubunda vergiləri çıxmaq və bonusları hesaba almamaq şərti ilə illə 30 milyon avro qazanacaq. Xatırladaq ki, Neymar PSJ-yə 2017-ci ildə 222 milyon avroya “Barselona”dan keçib. Onun yayda sabiq klubuna qayıdacağı haqda xəbərlər dolaşırdı.
Əlavə edək ki, rəhbərlik Yulian Drakslerlə də yeni müqavilə bağlamağa hazırlaşır. “Ekip” qəzetinin xəbərinə görə, artıq tərəflər razılığa gəliblər. Paytaxt klubu 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalayacaq. Həmçinin almaniyalı oyunçunun maaşının azaldılmasına razılaşdığı da məlim olub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.