Sizin reklam burada

Turun oyunçusu

Title
Emin Mahmudov (Neftçi)
Premyer-liqanın son turunda “Neftçi” səfərdə “Keşlə” üzərində inamlı qələbə qazandı. Flaqman “qırmızılar”ı 3:0 hesabıyla məğlub etdi. Qarşılaşmanın ən yaxşı futbolçusu, sözsüz, kapitan Emin Mahmudov idi. Yarımmüdafiəçi ilk qolda künc zərbəsindən Mirabdulla Abbasova ideal ötürmə verməklə diqqət mərkəzinə düşdü. Uzatma dəqiqələrində isə cərimə zərbəsindən möhtəşəm qol vuran Mahmudov, ümumiyyətlə, 6,5 balla matçın ən yaxşı futbolçusu adına layiq görüldü. Tur ərzində “Neftçi”nin kapitanından başqa heç kim bu nəticəni təkrarlaya bilmədi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.