Sizin reklam burada

“Qızıl”a iddialıların səfər sınağı

Title
Bu gün və sabah Azərbaycan premyer-liqasında 26-cı turun oyunları keçiriləcək. “CBC Sport” bütün görüşlərdən canlı yayın təşkil edəcək.
Azərbaycan premyer-liqası
4-cü dövrə, 26-cı tur
8 may
101. Keşlə - Sumqayıt
“Keşlə”nin bu rəqiblə ev oyunlarının balansı: 16:+9=3-4, 27-15.
2011/12 - 2:0; 2012/13 - 1:0; 2013/14 - 2:0, 2:0; 2014/15 - 5:1, 0:0; 2015/16 - 2:3, 2:2; 2016/17 - 3:1, 1:0; 2017/18 - 1:1, 1:2: 2018/19 - 1:2, 2:1; 2019/20 - 2:1; 2020/21 - 0:1.
Cəzalılar: Turan Vəlizadə (Keşlə), Camaləddin Xocaniyazov, Xəyal Nəcəfov (hər ikisi “Sumqayıt”).
“Futbol+”in proqnozu: 30-30-40.
Bakı. ASK Arena. Saat 18.00
Premyer-liqada iddiasını itirən “Keşlə”, sadəcə, sonuncu olmamağı planlaşdırır. Oyun “Sumqayıt” üçün isə həyatı əhəmiyyət daşıyır. “Kimyaçılar” bu görüşdə də xal itirəcəyi təqdirdə bürünc medallara sahib olmaq şansını təhlükəyə atacaq. Cari mövsümdə komandalar arasında keçirilən 3 görüşün hər birində fərqli nəticələr qeydə alınıb. Bir oyunda “Sumqayıt”, digərində “Keşlə” qələbə qazanıbsa, bir dəfə də heç-heçəyə razılaşıblar. Rəqiblər Azərbaycan çempionatlarında ümumilikdə 34 dəfə üz-üzə gəlib. Bunların 16-da “Keşlə”, 8-də “kimyaçılar” qalib gəlib, 10 görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də “qırmızılar” öndədi. Paytaxt klubu 51, “gənclik şəhəri” təmsilçisi 34 qol vurub.
Azərbaycan kubokunun finalında da bu komandaların bir-birinə rəqib olması oyuna xüsusi rəng qatan məqamdı.
102. Səbail - Neftçi
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 6:+1-2-3, 4-11.
2017/18 - 1:0, 0:4; 2018/19 - 0:2, 2:2; 2019/20 - 0:0; 2020/21 - 1:3.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Bakı. ASCO Arena. Saat 20.15
“Səbail” - “Neftçi” matçı qonaqlar üçün daha vacibdi. Flaqman bu qarşılaşmada qələbə qazanmaqla çempionluq mübarizəsindən qopmamağı düşünür. “Səbail” isə sadəcə, öz mövqeyini qorumaq üçün meydana çıxacaq. “Dənizçilər”in avrokubok şansı bitib. Aftandil Hacıyev çempionatda hazırda sonuncu olmamaq uğrunda mübarizə aparır. Bu üzdən qarşılaşmanın aşkar favoriti “Neftçi”di. Samir Abasovun komandası cari mövsümdə keçirilən 3 görüşün hamısında qələbə qazanıb. Ümumiyyətlə, “ağ-qaralar” 7 matçdı derbidə məğlub olmur.
Komandalar Azərbaycan çempionatlarında ümumilikdə 14 dəfə üz-üzə gəlib. Bu görüşlərin 9-da “Neftçi”, 2-də “Səbail” qələbə qazanıbsa, 3-ü heç-heçə başa çatıb. Topların fərqində də flaqman üstündü. “Neftçi” 14 qarşılaşmada ümumilikdə 30, “Səbail” isə 10 qol vurub.
9 may
103. Sabah - Qarabağ
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 4:0=1-3, 2-6.
2018/19 - 0:2, 1:1; 2019/20 - 0:1; 2020/21 - 1:2.
Cəzalılar: Təmkin Xəlilzadə, Mario Marina, Zurab Oçiqava (hamısı “Sabah”).
“Futbol+”in proqnozu: 30-30-40.
Bakı. Bank Respublika Arena. Saat 20.15
Masazırda baş tutacaq qarşılaşma hər iki komanda üçün çox əhəmiyyətlidi. Bu oyunda itiriləcək xal “Sabah”ın avrokubok xəyallarının üstündən çalın-çarpaz xətt çəkəcək. “Göy-ağlar” məhz bu səbəbdən “Qarabağ”la oyunda qələbə qazanmaq niyyətindədi. Ağdamlılar da meydana qalib gəlmək istəyi ilə çıxacaq. Çempionluq yolunda ötən tur büdrəyən Qurban Qurbanovun komandası bu görüşdə 3 xalı hədəfləyib. Görüşün favoriti də “Qarabağ”dı. Ağdamlılar cari mövsümdə baş tutan bütün qarşılaşmalarda “Sabah”ı məğlub edib. Ümumiyyətlə, rəqiblər Azərbaycan çempionatlarında 10 dəfə münasibətləri aydınlaşdırıb. Bu görüşlərin heç birində “Sabah” qələbə qazana bilməyib. 7 dəfə “Qarabağ” qalib gəlibsə, 3 matç “sülh”lə bitib.
“Sabah” “köhlən atlar”ın qapısından cəmi 3 top keçirib. “Qarabağ”da bu göstərici 16-ya bərabərdi.
104. Zirə - Qəbələ
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 11:+4=4-3, 12-13.
2015/16 - 1:0, 0:3; 2016/17 - 0:2, 2:2; 2017/18 - 2:1, 1:1; 2018/19 - 1:0, 1:1; 2019/20 - 1:1, 1:2; 2020/21 - 2:0.
Cəzalı: Merab Qiqauri (Qəbələ).
“Futbol+”in proqnozu: 40-30-30.
Zirə. İdman Kompleksi. Saat 18.00
Avrokuboklara vəsiqə şansını itirən “Qəbələ” “Zirə” səfərinə yollanır. “Qırmızı-qaralar” son pilləni tərk etməyə çalışır. “Zirə”nin durumu isə daha qəlizdi. “Qartallar” avrokuboklara getmək üçün mütləq şəkildə bürünc medal qazanmalıdı. Qəsəbə təmsilçisi bu üzdən meydanı 3 xalla tərk etməlidi. Oyunun favoriti də Rəşad Sadıqovun komandası sayılır. “Qartallar” cari mövsümdə keçirilən 3 görüşün 1-də qələbə qazanıb, 2-də heç-heçə edib.
Rəqiblər Azərbaycan çempionatlarında 22 görüşdə üz-üzə gəlib. 7 matçda “qırmızı-qaralar”, 5 görüşdə “Zirə” qələbə qazanıb. Qalan 7 oyunda isə qalib müəyyənləşməyib. Topların fərqində də “Qəbələ” üstündü. Bölgə təmsilçisi “Zirə”nin qapısından 26 qol keçirib. “Qartallar” isə bu toplardan 20-nin əvəzini çıxıb.
1. Qarabağ 25 14 9 2 58-17 51
2. Neftçi 25 15 5 41-25 50
3. Zirə 25 7 13 5 25-26 34
4. Sumqayıt 25 8 9 8 28-30 33
5. Sabah 25 6 7 12 24-31 25
6. Qəbələ 25 5 9 11 20-39 24
7. Səbail 25 5 9 11 21-35 24
8. Keşlə 25 4 11 10 22-36 23
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.