Sizin reklam burada

Biabırçılıq: Sofiyada lisenziya qazanan olmadı

Title
Olimpiadaya cəmi üç sərbəst güləşçi qatılacaq
Dünən Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri start götürüb. İlk yarış günündə Namiq Abdullayevin rəhbərlik etdiyi sərbəst güləş yığmamızın üzvləri mübarizəyə başlayıb.
Georgi Edişeraşvili ilk mərhələdə gürcü həmkarına qalib gəlib. Təcrübəli pəhləvan daha sonra pakistanlı rəqibini məyus edib. Yığma üzvü tacikistanlı güləşçini də böyük fərqlə məğlub etməklə yarımfinala yüksəlib. Finalın biraddımlığında Monqolustan idmançısına məğlub olan Edişeraşvili Olimpiadaya lisenziya qazana bilməyib. Milli üzvü bu gün bürünc medalla təsəlli tapmağa çalışacaq...
Abubakr Abakarov debütdə İsrail güləşçisi üzərində inamlı qələbə qazanıb. Təmsilçimiz növbəti mərhələdə gürcü pəhləvanı tam üstünlüklə sıradan çıxarıb. Qazaxıstan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Son xal prinsipinə əsasən Abakarov adını yarımfinala yazdırıb. Slovakya təmsilçisiylə qarşılaşmada 4:0 öndə olan pəhləvan sonradan təşəbbüsü əldən verərək məğlub olub. Onu bu gün 3-cü yer uğrunda görüş gözləyir.
Mübarizəyə 1/8 finaldan qoşulan Vahid Qalayev ispan idmançını vaxtından əvvəl üstələsə də, daha sonra Venesueladan olan həmkarına uduzub.
57 kq
təsnifat. Georgi Edişeraşvili - Otari Qoqava (Gürcüstan) 4:0
1/8 final. Georgi Edişeraşvili - Məhəmməd Bilal (Pakistan) 6:2
1/4 final. Georgi Edişeraşvili - Məhəmməd İkramov (Tacikistan) 11:4
yarımfinal. Georgi Edişeraşvili - Bexbayar Erdenebat (Monqolustan) 2:6
3-cü yer uğrunda görüş. Georgi Edişeraşvili - Taras Markoviç (Ukrayna)/Givi Davidovi (İtaliya) cütünün qalibi
86 kq
təsnifat. Abubakr Abakarov - Uri Kalaşnikov (İsrail) 8:1
1/8 final. Abubakr Abakarov - Sandro Aminaşvili (Gürcüstan) 14:3
1/4 final. Abubakr Abakarov - Azamat Dauletbekov (Qazaxıstan) *2:2
yarımfinal. Abubakr Abakarov - Boris Makoyev (Slovakiya) 4:4*
3-cü yer uğrunda görüş. Abubakr Abakarov - Zbiqnev Baranovski (Polşa)
125 kq
1/8 final. Vahid Qalayev - Xose Kuba Vaskes (İspaniya) 10:0
1/4 final. Vahid Qalayev - Xose Dias Roberti (Venesuela) 3:3*
Beləliklə, sərbəst güləşçilərimizin heç biri finala yüksələ bilmədiyindən lisenziya qazana bilməyib. Nəticədə bu növ üzrə yığmamız Tokio Olimpiadasında 6 çəkidən yalnız üçündə təmsil olunacaq. Hacı Əliyevlə (65 kq) Hacımurad Hacıyev (74 kq) Avropa Təsnifat Turnirində, Şərif Şərifov (97 kq) isə dünya çempionatında istəyinə çatmışdı.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.