Sizin reklam burada

Təxirə salınan oyunun vaxtı açıqlandı

Title
İngiltərə premyer-liqasının saytında 34-cü turdan təxirə salınan “Mançester Yunayted” – “Liverpul” oyununun vaxtı açıqlanıb. Həmin oyun mayın 13-də keçiriləcək.
Xəbər verdiyimiz kimi, mayın 2-də keçirilməli oyun MY azarkeşlərinin klubun sahibi olan Qleyzer ailəsinə etirazı üzündən baş tutmamışdı. Aksiyanın gedişində fanatlar stadiona daxil olmuşdu. MY – “Liverpul” oyununa görə MY – “Lester” oyununun da vaxtı dəyişib. Bu oyun əvvəlcədən nəzərdə tutulan gündə, yəni mayın 12-də yox, bir gün tez – mayın 11-də keçiriləcək. İstənilən halda, mankunianların cəmi iki gün fasilə iki çətin rəqiblə oyunların öhdəsindən necə gələcəyi maraq doğurur.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.