Sizin reklam burada

UEFA Kuypersi cəzalandırmayacaq

Title
Qəzetimizin ötən sayında Çempionlar Liqasının yarımfinal mərhələsinin MS – PSJ oyununu idarə edən Byorn Kupersin qonaq futbolçulara yönələn təhqirlərini xatırlatmışdıq. Daha doğrusu, PSJ-nin oyunçularından bir neçəsi, konkret Marko Verratti və Ander Errera belə iddianı dilə gətirmişdi. Ancaq UEFA niderlandlı referi ilə bağlı intizam işi açmayacaq. Yəni nə referi cəzalandırılacaq, nə də bu hadisə araşdırılacaq. Bu haqda xəbər yayan “L’Equipe” qəzeti həmçinin qurumun olayı şərh etməyi lazım bilmədiyini vurğulayıb.
Bildiyiniz kimi, ÇL-in finalı mayın 29-da İstanbulda keçiriləcək. Türkiyənin bu möhtəşəm şəhəri əslində ötən il finala evahibliyi etməliydi, ancaq koronavirus üzündən oyun Portuqaliyada keçirildi. “The Times” İstanbuldakı oyuna 25 minə yaxın azarkeşin buraxılacağını xəbər verir. Finalçıların hər birinə - “Siti” ilə “Çelsi”yə 4 min bilet çatacaq.
Finalla bağlı daha bir maraqlı məqam var. Qvardiola müxtəlif onilliklərdə - 2008/09, 2010/11, 2020/21 – olmaqla üç dəfə finala vəsiqə qazanıb. İndiyə qədər belə nəticəyə yalnız Aleks Ferqyuson nail olmuşdu (1998/1999, 2007/2008, 2008/09, 2010/11).
Yeri gəlmişkən, Tuxelin “Çelsi”si ilə Qvardiolanın “Siti”si bu il artıq bir dəfə üz-üzə gəlib. Londonlular ölkə kubokunun yarımfinalında 1:0 hesablı qələbə qazanıb. Şənbə günü isə komandalar premyer-liqa çərçivəsində qarşılaşacaq. Bu oyun İstanbu finalı ərəfəsində baş məşq olacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.