Sizin reklam burada

Kavani MY-də qala bilər

Title
Bir neçə həftə əvvəl Edinson Kavaninin mövsümün sonunda “Mançester Yunayted”dən ayrılacağı xəbər verilmişdi. Onun “Boka Xuniors”a keçməsi gözlənilirdi.
Kavaninin Argentina nəhəngindən təklif aldığı dəqiq idi. Lakin uruqvaylı oyunçunun son matçlardakı məhsuldar çıxışı vəziyyəti 180 dərəcə dəyişib. Son xəbərə görə, MY təcrübəli futbolçusuna yeni müqavilə təklif edib. Bu haqda tanınmış jurnalist Nikola Skira özünün “tvitter” səhifəsində yazıb. Onun bildirdiyinə görə, “qırmızı şeytanlar” Edinson ilə bu mövsümün sonunda qüvvədən düşəcək müqavilənin müddətini bir il uzatmaq istəyirlər. İngiltərə klubunun rəhbərliyi 34 yaşlı futbolçu ilə əməkdaşlığın davamının uğurlu olacağına əmindi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.