Sizin reklam burada

İtaliya kubokunun formatı dəyişdi

Title
İtaliya çempionatının növbəti mövsümü avqustun 22-də start götürəcək. 2021/22 mövsümünün sonuncu turu 2022-ci il mayın 22-nə təyin olunub. A seriyasında ənənəvi qış fasiləsi isə dekabrın 23-dən gələn il yanvarın 6-na qədər nəzərdə tutulub.
A seriyasından fərqli olaraq İtaliya kubokunun formatında dəyişiklik edib. ANSA agentliyinin məlumatına görə, növbəti mövsümdən ölkə kubokunda yalnız A və B seriyalarında mübarizə aparan klublar çıxış edə biləcəklər. Bu qərarda əsas məqsəd turnirin reytinqini və dəyərini artırmaqdı. “La Gazzetta dello Sport”un xəbərinə görə, format dəyişikliyi ilə bağlı qərar C Seriyası İdarə Heyətinin rəhbəri Françesko Cirellinin kəskin narazılığına səbəb olub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.