Sizin reklam burada

Tribunalar fanatların üzünə açılacaq!

Title
İngiltərəli azarkeşlər üçün sevindirici xəbər yayılıb. Fanatlar premyer-liqada mövsümün son oyunlarına buraxılacaq.
Eyniadlı qurumun mətbuat xidmətinin məlumatında 2020/21 mövsümünün son iki turunun oyunlarına məhdud sayda azarkeşin buraxılacağı bildirilib. Lakin konkret sayla bağlı hələ ki məlumat verilməyib. Qeyd olunduğuna görə, stadiona yalnız ev sahibi komandaların azarkeşləri buraxılacaq. Amma gələn mövsümün əvvəlindən rəqib komandaların fanatlarının da oyunları izləməsinə icazə verilməsi planlaşdırılır. Əlavə edək ki, premyer-liqada hazırda “Mançester Siti” 34 oyuna 80 xalla liderdi. Ehtiyatda bir oyunu olan “Mançester Yunayted” 67 xalla 2-ci, “Lester” isə 63 xalla 3-cü yerdədi.
Bu arada premyer-liqada yay “transfer pəncərəsi”nin vaxtı müəyyənləşib. Liqanın saytının xəbərinə görə, klublar transfer əməliyyatlarını 9 iyun - 31 avqust aralığında reallaşdıra biləcəklər. İngiltərə çempionatının 2021/22 mövsümünün avqustun 14-də başlayacağını da qeyd edək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.