Sizin reklam burada

Ten Haq “Ayaks”ı tərk etməyəcək

Title
Erik ten Haqla bağlı şayiələrə son qoyulub. Ayaks” rəhbərliyi baş məşqçi ilə müqavilənin müddətini uzadıb.
Ten Haq “Tottenhem”in baş məşqçisi vəzifəsinə namizədlərdən sayılırdı. Lakin Amsterdam klubunun saytının yaydığı məlumatda onun iş yerini tərk etməyəcəyi, əksinə müqaviləsinin yeniləndiyi bildirilib. Yeni anlaşmanın müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Qeyd edək ki, 51 yaşlı Ten Haq “Ayaks”da 2017-ci ilin sonlarından çalışır. O, bu mövsüm komandaya çempionluq titulunu və ölkə kubokunu qazandırıb. Komandanın 2018/19 mövsümündə onun rəhbərliyi altında Çempionlar Liqasında yarımfinala qədər irəlilədiyini də xatırladaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.