Sizin reklam burada

Van Persi iş yerini dəyişəcək

Title
Robin van Persinin yeni işi məlum olub. Məşhur niderlandlı sabiq futbolçu bundan sonra da “Feyenoord”da çalışacaq.
Hazırda Rotterdam klubunda hücumçular üzrə məşqçi kimi işləyən 37 yaşlı mütəxəssis yeni mövsümdən “Feyenoord”un U-16 komandasında köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək. Maraq üçün Van Persinin 14 yaşlı oğlu Şaquelin də həmin komandada çıxış etdiyini bildirək. Xatırladaq ki, Robin futbolçu həyatı ərzində “Feyenoord”, “Arsenal”, “Mançester Yunayted” və “Fənərbaxça”da keçirib. Karyerasını 2019-cu ildə doğma klubu “Feyenoord”da başa vuran sabiq hücumçu Niderland yığmasında 102 oyuna 50 qol vurub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.