Sizin reklam burada

İnfantinonun tələbi yerinə yetirildi

Title
Canni İnfantino istəyinə çatıb. İsveçrə federal məhkəməsi FİFA-nın prezidentinin İsveçrənin sabiq federal prokuroru Maykl Lauberlə birlikdə yol verə biləcəyi qanunsuzluqları araşdıran Stefan Kellerin istintaqdan uzaqlaşdırılması tələbini yerinə yetirib.
Bu haqda “Bloomberg” agentliyi məlumat yayıb. Xüsusi təyin olunan prokurorun bu məsələdən kənarlaşdırılması ilə bağlı açıqlamada Kellerin 2020-ci və bu ildəki şərhlərinin obyektiv təqdim olunmaması göstərilib. Qeyd edək ki, Keller FİFA-dakı korrupsiya halları ilə bağlı istintaq zamanı İnfantino ilə Lauberin gizli təşkil olunan görüşlərində cinayət xarakteri müşahidə etdikdən sonra araşdırmalara başlamışdı. Onun hesabatına əsasən İnfantino 2017-ci ildə Surinamdan İsveçrəyə uçuş üçün təyyarənin qanunsuz olaraq FİFA-nın hesabına təmin olunmasında şübhəli bilinirdi. Halbuki Kellerin İnfantinoya qarşı təkbaşına təhqiqat aparmaq səlahiyyəti olmayıb. Bu səbəbdən hesabatı sonrakı araşdırma üçün İsveçrə Federal Prokurorluğuna göndərmişdi. Onu da qeyd edək ki, FİFA-nın Etika Komitəsi ötən ilin avqustunda Etika Məcəlləsinin müvafiq maddələri üzrə qayda pozuntularıyla bağlı dəlilin olmamasına görə İnfantinoya qarşı təhqiqatı dayandırmışdı.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.