Sizin reklam burada

Voleybol yığmamız Gürcüstana getdi

Title
Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq kişi voleybolçulardan ibarət milli komandamız mayın 4-də Gürcüstana yollanıb. F qrupunda meydan, Monteneqro və Yunanıstana qarşı mübarizə aparacaq yığma ilk matçına bu gün çıxacaq.
Xəbər verdiyimiz kimi, bir müddət öncə koronavirusa yoluxan baş məşqçi Fərid Cəlalov səhhətində yaranan problemlərə görə komanda ilə birgə səfərə yollanmayıb. Yığmanı oyunlara onun köməkçisi Pərviz Səmədov çıxaracaq. Ona Dilqəm Qəhrəmanovla Akif Vəliyev kömək edəcək. Təsnifat mərhələsində iştirak edəcək oyunçular isə bunlardı: Emil Abdullayev, Ramazan Ağabəyov, Aqil Ağazadə, Ruslan Əliyev, Elmin Alışanov, Kənan Allahverdiyev, Dmitri Baranov, Sənan Dünyamalıyev, Tural Həsənli, Yeqor Nikulenko, Mirəşrəf Rzazadə, Andrey Vasilenko, Roman Qurski.
1-ci dövrə
1-ci tur, 7 may
Azərbaycan – Monteneqro
Gürcüstan – Yunanıstan
2-ci tur, 8 may
Monteneqro – Yunanıstan
Azərbaycan – Gürcüstan
3-cü tur, 9 may
Yunanıstan – Azərbaycan
Monteneqro - Gürcüstan
2-ci dövrə
4-cü tur, 14 may
Gürcüstan – Yunanıstan
Monteneqro - Azərbaycan
5-ci tur, 15 may
Yunanıstan – Azərbaycan
Gürcüstan - Monteneqro
6-cı tur, 16 may
Azərbaycan – Gürcüstan
Yunanıstan – Monteneqro
Yeri gəlmişkən, Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib. Həmyerlimiz 16 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin D qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək. Qarşılaşmalar mayın 7-9-da Polşanın Valbjix şəhərində baş tutacaq. D qrupunda meydan sahibləri ilə yanaşı, Litva, Niderland və Fransa mübarizə aparacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.