Sizin reklam burada

Premyer-liqanın dörd klubunu ciddi problem gözləyir

Title
Ya müqavilələr, ya da komanda yenilənməlidi
Premyer-liqada 2020/21 mövsümü yekunlaşmaq üzrədi. Mövsümün mükafatçılarının adı hələ bəlli olmasa da, bəzi klublar indidən növbəti mövsüm haqda düşünür. Əldə etdiyimiz məlumata görə, artıq premyer-liqa iştirakçılarının rəhbərliyi həm futbolçular, həm də məşqçilərlə yeni müqavilə bağlamaq üçün çalışmalara start verib.
Son turun “Səbail” – “Qəbələ” matçından sonra hər iki komandanın baş məşqçisi gələcəklə bağlı hələ heç nə bilmədiklərini, futbolçularla danışıq aparmadıqlarını dilə gətirdilər. Onlar müqavilə müddəti bitəcək oyunçularla bağlı qeyri-müəyyənlik içində olduqlarını bildirdilər. Hətta Aftandil Hacıyev özünün belə komandada qalıb-qalmayacağını bilmədiyini vurğuladı. Maraq üçün qeyd edək ki, klublar futbolçu və məşqçilərlə əsasən birillik sənədə qol çəkir. Bunu nəzərə alaraq, premyer-liqa klublarında mövsümün sonunda müqaviləsinin müddəti bitəcək şəxslərin siyahısını tərtib etdik.
Sabah
1. Alvaro Vilyet
2. Saşa Stamenkoviç
3. Zurab Oçiqava
4. Filip İvanoviç
5. Bəxtiyar Həsənalızadə
6. Ruslan Abışov
7. Məhəmməd Mirzəbəyov
8. Mario Marina
9. Dmitri Klots
10. Elşən Abdullayev
11. Coşqun Diniyev
12. Xulio Sezar Rodriges
13. Təmkin Xəlilzadə
14. Amadu Diallo
15. Kevin Kubemba
16. Ramil Şeydayev
17. Ramin Quliyev (baş məşqçi)
Keşlə
1. Stanislav Namaşko
2. Kamal Bayramov
3. Şəhriyar Əliyev
4. Miyuşko Boyoviç
5. Tərlan Quliyev
6. Elvin Yunuszadə
7. Rail Məlikov
8. Elçin Mustafayev
9. Azər Salahlı
10. İlkin Qırtımov
11. Tural Axundov
12. Rafael Məhərəmli
13. Ruslan Əmircanov
14. Rəşad Sadiqov
15. Turan Vəlizadə
16. Sezar Meza Kolli
17. Yevgeni Koçuk
18. Orxan Fərəcov
19. Vüsal İsgəndərli
20. Rəhman Hacıyev
21. Sadio Tounkara
22. Silvio Rodriges
23. Bahadur Həziyev
24. Xəzər Mahmudov
25. Sənan Qurbanov (baş məşqçi)
Səbail
1. Nikolas Hagen
2. Elxan Əhmədov
3. Kamran Ağayev
4. Şahin Zəkiyev
5. Adil Nağıyev
6. Ali Sisey
7. Turan Manafov
8. Urfan Abbasov
9. Məqsəd İsayev
10. Kamal Qurbanov
11. Milovan Petrovik
12. Rahid Əmirquliyev
13. Elçin Rəhimli
14. Hendrik Ekşteyn
15. Ruslan Hacıyev
16. Florian Kadriu
17. Mirsayib Abbasov
18. Əfran İsmayılov
19. Rauf Əliyev
20. Luka İmnadze
21. Amil Yunanov
22. Aftandil Hacıyev (baş məşqçi)
Qəbələ
1. Anar Nəzirov
2. Tərlan Əhmədli
3. Yurgen Qoxa
4. Vinko Medimoreç
5. Murad Musayev
6. Sadiq Quliyev
7. Rasim Ramaldanov
8. Yusif Nəbiyev
9. Faiq Hacıyev
10. Merab Qiqauri
11. Kamal Mirzəyev
12. Stefan Vukçeviç
13. Roman Hüseynov
14. Asif Məmmədov
15. Cavid Hüseynov
16. İdris İnqilablı
17. Samir Məhərrəmli
18. Nikolas Raysel
19. Rafael Utriq
20. Ehtiram Şahverdiyev
21. Ceyms Adeniyi
22. Ülvi İsgəndərov
Zirə
1. Rəşad Əzizli
2. Abdulla Seyidəhmədov
3. Dmitrios Çantakias
4. Kərim Diniyev
5. Raul Musayev
6. Elvin Camalov
7. Riçard Almeyda
8. Hacıağa Hacılı
9. Əli Şirinov
10. Tural Bayramlı
11. Klesio Bauk
12. Rodriqo Bonqoqui
13. Davit Volkov
14. Filipe Paxtman
15. Ağabala Ramazanov
16. Fakundo Melivilo
17. Ruslan Qurbanov
Sumqayıt
1. Mehdi Cənnətov
2. Aydın Bayramov
3. Hüseynəli Quliyev
4. Höcət Haqverdi
5. Elvin Bədəlov
6. Vurğun Hüseynov
7. Cavid Quliyev
8. Cabir Əmirli
9. Vüqar Mustafayev
10. Eltun Turabov
11. Murad Xaçayev
12. Hüseyn Cəfərov
13. Nəbi Məmmədov
14. Tellur Mütəllimov
15. Cavid İmamverdiyev
16. Elvin Məmmədov
17. Əli Qurbani
18. Mehdi Şərifi
19. Nurlan Quliyev
20. Ayxan Abbasov (baş məşqçi)
Neftçi
1. Səlahət Ağayev
2. Voislav Stankoviç
3. Mamadu Mboc
4. Anton Krivotsyuk
5. Ömər Buludov
6. Bruno Teluşi
7. Mamadu Kane
8. Keysuke Honda
9. Fəhmin Muradbəyli
10. Stiven Jozef-Monroz
11. Əhməd Əhmədov
12. Mirabdulla Abbasov
Qarabağ
1. Bədavi Hüseynov
2. Rahil Məmmədov
3. Maksim Medvedev
4. Abbas Hüseynov
5. Qara Qarayev
6. Filip Ozobiç
7. Mahir Emreli
Bu məlumatları nəzərə alaraq, premyer-liqada çıxış edən klubların futbolçularının müqavilə müddətinin bitməsinə görə şərti turnir cədvəli tərtib etsək, sıralama aşağıdakı kimi olar:
1. Keşlə - 24
2. Qəbələ - 22
3. Səbail – 21
4. Sumqayıt - 19
5. Zirə - 17
6. Sabah – 16
7. Neftçi – 12
8. Qarabağ – 7
Siyahıdan görünür ki, 4 klub – “Keşlə”, “Qəbələ”, “Sumqayıt” və “Səbail” növbəti mövsüm üçün heyət formalaşdırmaqda çətinlik çəkəcək. Adını çəkdiyimiz premyer-liqa iştirakçılarının rəhbərliyi ya heyəti başdan-ayağa yeniləyəcəklər, ya da futbolçuların əksəriyyəti ilə yeni müqavilə imzalayacaq. Nəzərinizə çatdıraq ki, siyahıda yer alan bəzi futbolçuların müqavilərində yer alan bəndlərə görə, onlarla 1 illik yeni anlaşmaq ehtimalı var. Bu, mövsümün sonunda oyunçuların klub rəhbərliyi ilə razılışıb-razılaşmamasından asılı olacaq. Bir sözlə, mövsüm bitər-bitməz mediada bəzi futbolçuların müxtəlif komandalara keçidi ilə bağlı xəbərlər, dezinformasiyalar bizi gözləyir. Necə deyərlər, bazar olsun!
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.