Sizin reklam burada

“Sumqayıt” yarımcan “Sabah”la bacarmadı

Title
99. Sumqayıt – Sabah (Bakı) 0:2 (0:1)
1. Mehdi Cənnətov – 4,5
21. Cabir Əmirli – 3,5
5. Camaləddin Xocaniyazov – 3,0
4. Höccət Haqverdi – 3,5
14. Elvin Bədəlov – 4,0
18. Süleyman Əhmədov – 4,0
17. Murad Xaçayev – 3,5
(60. Elvin Məmmədov, 46) – 4,0
6. Vüqar Mustafayev (k) – 5,5
97. Xəyal Nəcəfov – 4,0
(8. Səbuhi Abdullazadə, 77) – qiymətsiz
10. Rəhim Sadıxov – 5,0
11. Mehdi Şərifi – 3,5
(20. Rüfət Abdullazadə, 67) – 4,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
3. Vurğun Hüseynov
33. Eltun Turabov
22. Cavid İmamverdiyev
78. Dmitri Nağıyev
30. Nəbi Məmmədov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Vüqar Mustafayev

1. Saşa Stamenkoviç – 5,5
3. Zurab Oçiqava – 5,5
(17. Məhəmməd Mirzəbəyov, 86) – qiymətsiz
15. Ruslan Abışov (k) – 5,5
34. Bəxtiyar Həsənalızadə - 5,5
(38. Arsen Ağcabəyov, 88) – qitmətsiz
2. Amin Seydiyev – 5,5
30. Mario Marina – 5,5
(66. Abdulax Xaibulayev, 90+4) – qiymətsiz
6. Şakir Seyidov – 5,0
26. Fofana Tiemoko – 6,0
10. Aleksey İsayev – 5,5
28. Kevin Kubemba – 5,5
9. Xulio Sezar Rodriges – 5,0
Ehtiyat oyunçular
94. Nicat Mehbalıyev
31. Rustam Samiqullin
48. Dmitri Klots
29. Ceyhun Nuriyev
33. Camal Cəfərov
27. Samir Məhərrəmli
77. Veysəl Rzayev
Baş məşqçi: Ramin Quliyev
Komandanın ən yaxşısı: Fofana Tiemoko
Qollar: M.Marina, 40 (0:1). F.Tiemoko, 69 (0:2, K.Kubemba).
Vərəqələr: H.Haqverdi, 34 (qeyri-idman hərəkəti). C.Xocaniyazov, 37 (qeyri-idman hərəkəti). X.Nəcəfov, 45 (qeyri-idman hərəkəti). V.Mustafayev, 56 (hakimin qərarına etiraz). M.Şərifi, 60 (qeyri-idman hərəkəti). Z.Oçiqava, 61 (qeyri-idman hərəkəti). M.Marina, 87 (qeyri-idman hərəkəti) – sarı. C.Xocaniyazov, 85 (təcəvüzkar davranış) – qırmızı.
Hakimlər: KAMAL UMUDLU, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev (hamısı Bakı).
Hakim-inspektor: Əmrah İbrahimov (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
4 may. Sumqayıt. Kapital Bank Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Ramin Quliyevin gəlişindən sonra yüksəlişə keçən “Sabah” Sumqayıta da iddialı gəlmişdi. Cəza səbəbindən “tələbələr”in 5 oyunçusu – Ramil Şeydayev, Təmkin Xəlilzadə, Filip İvanoviç, Bəhlul Mustafadzə və Coşqun Diniyev heyətdə yer almasa da, ehtiyat oyunçular skamyasının geniş olması səbəbindən baş məşqçi “start “11-liy”ində kim oynayacaq” sualı üzərində çox baş sındırmalı olmamışdı. Əsas dəyişiklik müdafiənin mərkəzi ilə bağlı idi ki, Quliyev həmin mövqedə Abışov - Həsənalızadə tandeminə güvənmişdi. “Sumqayıt”da isə Əli Qurbani ilə Tellur Mütəllimov oyunu kənardan izləmək məcburiyyətində idi. Birinci zədəyə, ikinci sarı vərəqə limitini aşdığına görə adı iştirak ərizəsinə salınmamışdı.
İlk dəqiqələrdən qonaların meydana daha istəkli çıxdığı hiss olunurdu. “Sabah”ın futbolçuları daha hərəkətli idi, müdafiədən hücuma sürətli çıxırdı, rəqibə onun cərimə meydançasının yaxınlığında pressinq tətbiq edirdi. Sumqayıtlılar isə çox ağır və süst görünürdü. Kubokun yarımfinalında “Qarabağ”a qarşı 120 dəqiqəlik oyun “kimyaçılar”dan çox güc aldığından komanda çempionat qarşılaşmasına bərpa oluna bilməmişdi. Məhz bu üzdən təhlükəli vəziyyətlər daha çox Mehdi Cənnətovun qapısı önündə yaşanırdı. Qonaqların çoxsaylı həmlələri, nəhayət, 40-cı dəqiqədə bəhrə verdi. Hücuma dəstək verən Marina qonaqları hesabda önə çıxardı. Qolun vurulmasında isə Abışovla Rodriges yaxından iştirak etdi. Ruslan ideal ötürmə ilə paraqvaylı forvardı zərbə mövqeyinə çıxarsa da, Xocaniyazov çətinliklə də olsa, topu onun ayağından “oğurladı”. Ancaq anında və lazımi yerdə olan Mario geri dönən “mərmi”ni çərçivəyə yönəltdi. Camaləddindən söz düşmüşkən, ilk qolda Rodrigesin fərqlənməsinə imkan verməyən müdafiəçi bu matçda səviyyəsindən aşağı çıxışla yadda qaldı. İlk dəqiqələrdən gərgin görünən Xocaniyazov ötürmələrdə yetərincə səhvə yol verirdi, ikili mübarizələrdə kobudluqla sərtliyi səhv salırdı. Əsəblərinə hakim ola bilməyən müdafiəçi 85-ci dəqiqədə meydandan qovuldu.
Ayxan Abbasovun ikinci yarının gedişində meydanda olduğu müddətdə heç nə ilə yadda qalmayan Mehdi Şərifini Rüfət Abdullazadə ilə əvəzləyib komandasının hücumunda dəyişiklik yaratmaq istəyi də işə yaramadı. Bəli, Rüfət iranlı futbolçudan daha yaxşı təsir bağışladı, boş-boşuna ora-bura qaçan Mehdidən fərli rəqibin cərimə meydançasının daxilində daha təhlükəli olsa da, nə o, nə də Şərifi Əli Qurbaninin boşluğunu doldura bildi. “Sabah”la matç bir daha göstərdi ki, Qurbani “Sumqayıt” üçün çox önəmli futbolçudu, o olmayanda hücum xətti çox “dişsiz” təsir bağışlayır. Qurbani olmayanda Rəhimlə Xəyal da gözdən itir, kölgəyə çəkilir. “Tələbələr” ikinci yarıda da meydan sahiblərini bir dəfə məyus etməklə oyunun yekun hesabını müəyyənləşdirdi. İkinci qolun müəllifi isə Fofana oldu. Görüşü yüksək səviyyədə keçirən forvard 69-cu dəqiqədə Kubembanın qapıya parallel ötürməsini dəqiq tamamladı. Qalan dəqiqələrdə “kimyaçılar” bir qədər fəallaşsalar da, məğlubiyyətdən qaça bilmədilər və bu yenilgi komandanın 4-cü yerə düşməsinə səbəb oldu.
RƏŞAD

Reaksiyalar
Ramin Quliyev: “Həftəboyu oyuna ciddi hazırlaşmışdıq, rəqibi yaxşı təhlil etmişdik. Bir neçə futbolçumuzun yoxluğu özünü hiss etdirmir. Bizdə “əsas və ehtiyat oyunçu” anlayışı yoxdu. Bilirdik ki, kubokdan sonra “Sumqayıt” tez yorulacaq. Bəxtiyar Həsənalızadə - Ruslan Abışov tandeminə gəlincə, qeyd etdiyim kimi, bizdə ehtiyat oyunçu yoxdu. Ümumiyyətlə, zəif çıxış edən futbolçumuz olmadı bu gün. Bəxtiyar daha əvvəl zədəli olduğuna görə bir müddət məşqləri buraxdı. İndiki zədəsi barədə müfəssəl məlumat verə bilmərəm”.
Ayxan Abbasov: “Bilirdik ki, “Sabah” bizdən daha gümrahdı. Mübarizə apardıq. İlk qol bizə pis təsir etdi. Fiziki cəhətdən yorğun olanda bu, psixologiyaya da təsir edir. Ağır qrafikimiz var. Ancaq şanslarımız yaxşıdı, sona qədər mübarizə aparacağıq. Zənnimcə, sarı vərəqələr bir qədər artıq oldu. Fasilədə sarı vərəqəsi olan futbolçulara xəbərdarlıq etmişdik. Amma xəbərdarlığı olan oyunçuları dəyişmək üçün 4-5 nəfəri ehtiyata göndərməliydik. Ehtiyat oyunçular skamyasının kasad olması barədə nə deyə bilərəm? İndi bununla bağlı şikayətlənməyim düz olmaz. Çünki əvvəldən nəyə getdiyimizi bilirdik. Ancaq qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoymamışıq. Büdcəyə uyğun hərəkət edirik. Kubokun finalı çempionat bitəndən sonra keçiriləcək. İndi seçim etmək zamanı deyil. Kubokun yarımfinalının ilk qarşılaşmasında bir sıra oyunçuya istirahət verdik. Açıq deyim, “stavka”nı çempionata etmişdik. Amma ilk görüşdəki qolsuz bərabərlikdən sonra kubokda da vuruşmalı olduq. Qrafik sıxdı, bu, bizi narahat edir. Amma nə edə bilərik?! Hər iki “cəbhə”də döyüşəcəyik. Bu gün uduzmuşuqsa, bu o demək deyil ki, 3-cü yerə şansımız qalmayıb. Qarşıda 3 tur var. Uşaqlara paltardəyişmə otağında dedim ki, bu oyunu unudub növbəti matça hazırlaşmaq lazımdı. Əlbəttə, mükafat futbolçulara əlavə stimuldu. Ümid edirik ki, finala yüksəlmək üçün vəd olunan mükafatı tezliklə alacağıq”.

Gözdən qaçmadı
* Qonaqlar “Kapital Bank Arena”ya geniş nüməyəndə heyəti ilə gəlmişdi. Müxtəlif səbəblərdən oyunun iştirak ərizəsinə adı salınmayan oyunçularla yanaşı, “Sabah”ın rəhbərliyi və texniki personalın üzvləri matçboyu azarkeş kimi tribunadan komandaya dəstək verməklə yadda qaldılar.
* 80-ci dəqiqədən etibarən “Sabah”ın futbolçuları sanki növbəlilik pirinsipi ilə yerdə qalmağa başladılar. Həkimlərin meydana çıxıb-çıxmamasına, nə qədər təəccüblü görünsə də, Saşa Stamenkoviç qərar verirdi. Qolkiper əvvəlcə yerdə qalan oyunçuya yaxınlaşır, onunla kiçik dialoqdan sonra ehtiyat oyunçular skamyasına boylanaraq əl işarəsi ilə durumu izah edirdi. Tibbi personalın zədələnən futbolçunun yanına qaça-qaça və ya asta-asta gəlməsini də Stamenkoviç tənzimləyirdi. Təbii ki, bütün bunlar “vaxt öldürməyə” hesablanmış addım idi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.