Dünən Azərbaycan kubokunun final görüşünün püşkatma mərasimi keçirilib. Tədbirdə PFL, “Sumqayıt” və “Keşlə”nin nümayəndələri iştirak edib. PFL Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov, “Sumqayıt” idman direktoru Zamiq Hüseynov, “Keşlə” isə baş menecer Eldəniz Yusubov ilə təmsil olunub. Püşkatmaya əsasən “Keşlə” nominal meydan sahibi olub. Ölkə kubokunun final oyunu mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək.