Sizin reklam burada

Paytaxt derbisi və autseyderlərin Bayıl dueli

Title
Bu gün Azərbaycan premyer-liqasında 25-ci tur start götürəcək. İki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayınlanacaq.
Azərbaycan premyer-liqası
4-cü dövrə, 25-ci tur
3 may
97. Səbail – Qəbələ
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 7:+3=2-2, 10-10.
2017/18 – 1:3, 2:1; 2018/19 – 0:0, 2:1; 2019/20 – 1:1, 3:1; 2020/21 – 1:3.
Cəzalı: Rüfət Əhmədov (Qəbələ).
“Futbol+”in proqronuzu: 30-30-40.
Bakı. ASCO Arena. Saat 20.15
Həm kubokda, həm də çempionatda hədəflərindən uzaq düşən komandalar sonuncu olmamağa çalışır. Rəqiblərin görüşü bu səbəbdən maraq doğurur. Nəzərə alaq ki, hər iki komanda son turda məğlub olub. “Səbail” derbidə “Keşlə”yə uduzubsa, “Qəbələ”ni evində “Qarabağ” darmadağın edib. Qarşılaşmanın favoriti “qırmızı-qaralar”dı. Elmar Baxşıyevin komandası cari mövsümdə “Səbail”ə məğlub olmayıb. Əvvəlki 3 oyunun ikisində qalib müəyyənləşməyibsə, birində “Qəbələ” 3 xalı hesabına yazdırıb.
Ümumiyyətlə, komandalar Azərbaycan çempionatında 14 dəfə üz-üzə gəlib. Bu görüşlərin 3-də “Səbail”, 6-da “Qəbələ” qələbəyə sevinib. 5 dueldə isə qalibi müəyyənləşdirmək mümkün olmayıb. “Qırmızı-qaralar” “Səbail”in qapısından 24 top keçirib. “Dənizçilər” isə bunlardan yalnız 15-nin qarşılığını verib.
“Səbail” – “Qəbələ” görüşlərində ən çox fərqlənən futbolçu Baqali Dabodu. “Qırmızı-qaralar”ın sabiq fransalı forvardı “dənizçilər”i 5 dəfə cəzalandırıb. Bu siyahıda ikinci sırada Ceyms Adeniyi yer alıb. Nigeriyalı hücumçu “Səbail”in qapısından 4 top keçirib. Bazar ertəsi keçiriləcək qarşılaşma Adeniyinin bu mənada lider olması üçün əla fürsətdi.
Aftandil Hacıyev “Qəbələ”yə qarşı meydana 9 görüşdə komanda çıxarıb. 39 yaşlı mütəxəssis bu qarşılaşmaların 2-də qələbə qazanıb, 3-də məğlub olub. 4 görüşdə isə qalib müəyyənləşməyib.
Baş məşqçi kimi Aftandil Hacıyev – Elmar Baxşıyev duelləri ancaq cari mövsümə təsadüf edib. Bu qarşılaşmalarda “Qəbələ”nin çalışdırıcı 1 qələbə qazanıb, 2 heç-heçə edib.
98. Keşlə - Neftçi
“Keşlə”nin bu rəqiblə ev oyunlarının balansı: 32:+11=6+15, 33-39.
1999/20 – 2:3; 2000/01 – 1:4; 2001/02 – 0:2, 0:1; 2003/04 – 0:0; 2004/05 – 2:1; 2005/06 – 0:1; 2006/07 – 0:1; 2007/08 - 0:0; 2008/09 – 2:2: 2009/10 – 1:0 1:1; 2010/11 – 0:2, 1:1; 2011/12 – 2:1, 1:2; 2012/13 – 1:1, 0:1; 2013/14 – 3:1, 2:1; 2014/15 – 2:1, 4:0; 2015/16 – 1:0, 0:1; 2016/17 – 2:1, 1:3; 2017/18 – 0:2, 2:1; 2018/19 – 0:1, 0:1; 2019/20 – 2:1; 2020/21 – 0:1.
Cəzalılar: Sezar Meza Kolli (Keşlə), Sabir Buqrin (Neftçi).
“Futbol+”in proqnozu: 30-30-40.
Bakı. ASK Arena. Saat 18.00
Paytaxt derbisi prinsipiallığına görə maraq doğurur. 13 turluq aradan sonra qələbə qazanan “Keşlə” bu seriyanı davam etdirməyə çalışacaq. “Qırmızılar” qələbə qazanacaqları təqdirdə autsayderlər sırasından uzaqlaşacaq. Düzdü, praktiki cəhətdən mümkün olmasa da, nəzəri cəhətdən Sənan Qurbanov avrokuboklar uğrunda mübarizəni davam etdirir. Bunun üçün “Keşlə” bütün oyunlarda qələbə qazanmalı, əsas rəqibləri isə məğlub olmalıdı.
“Neftçi” bu qarşılaşmaya tam fərqli ümidlərlə çıxır. Flaqman son turda itirdiyi 2 xalın acısını derbidə unutdurmağa çalışacaq. Samir Abasovun komandası qalib gəlməyəcəyi təqdirdə çempionluq şansını 80 faiz itirmiş olacaq. Oyunun favoriti “Neftçi”di. “Ağ-qaralar” cari mövsümdə keçirilən 3 derbinin hamısında qələbə qazanıb.
Komandalar Azərbaycan çempionlarında 65 dəfə üz-üzə gəlib. Bu görüşlərin 15-də 3 dəfə ad dəyişən “Keşlə”, 35-də flaqman qələbə qazanıb. 15 qarşılaşma isə heç-heçə bitib. Topların nisbətində də “Neftçi” irəlidədi. “Ağ-qaralar” “Keşlə”ni 100 dəfə məyus edib. “Qırmızılar” isə bu qollardan yalnız 63-nün qarşılığını verib.
Derbilərdə ən çox fərqlənən futbolçu Namik Ələskərovdu. Premyer-liqanın hazırkı bombardiri “Keşlə”ni 6 dəfə məyus edib. İkinci pillədə də “Neftçi”nin futbolçuları yer alıb. Flaqmanın sabiq futbolçuları Nikolas Kanales və Araz Abdullayev hərəyə 5 dəfə “Keşlə”nin qapısına yol tapıblar.
Samir Abasov “Keşlə”yə qarşı 15 görüşdə komanda çıxarıb. Bu qarşılaşmaların 7-də qələbə qazanıb, 5-də məğlub olub, 3 matç heç-heçə bitib.
Baş məşqçi kimi Samir Abasov – Sənan Qurbanov duellərində “Neftçi”nin hazırkı çalışdırıcısı qələbə qazanır. 43 yaşlı çalışdırıcı rəqibə qarşı keçirdiyi oyunların 2-də qələbə qazanıb, 1-də uduzub, 1 matç isə heç-heçə bitib. Son 5 paytaxt derbisində heç-heçə qeydə alınmaması da maraqlı məqamlardan biridi.
1. Qarabağ 24 14 8 2 57-16 50
2. Neftçi 24 14 5 5 38-25 47
3. Sumqayıt 24 8 9 7 28-28 33
4. Zirə 24 7 12 5 24-25 33
5. Qəbələ 24 5 9 10 20-38 24
6. Keşlə 24 4 11 9 22-33 23
7. Sabah 24 5 7 12 22-31 22
6. Səbail 24 4 9 11 20-35 21
Bombardirlər: Namik Ələskərov (Neftçi) – 18, Mahir Emreli (Qarabağ) – 16, Filip Ozobiç (Qarabağ) – 11, Əli Qurbani (Sumqayıt) – 9, Davit Volkov (Zirə) – 8.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.