Sizin reklam burada

“Turan Tovuz” çempion titulunu təhvil verə bilər

Title
Həftəsonu birinci divizionda 24-cü turun oyunları keçiriləcək. Mayın 1-də iki, ertəsi üç görüş reallaşacaq. Bütün oyunlar eyni saatda - 16.00-da start götürəcək.
Çempionluq uğrunda mübarizə aparan “Zaqatala” Sumqayıtda yerli komandanın qonağı olacaq. Ötən tur sürpriz şəkildə doğma meydanda “Keşlə-2”yə yenilməklə iddiasına zərbə dəyən Rüstəm Məmmədovun komandası bu görüşdə də büdrəsə, çempionluq arzusu “suya düşə” bilər. “Zirzəmi”də qərarlaşan meydan sahibləri isə hazırda durumunu yaxşılaşdırmağı düşünür.
Günün digər oyunu Gəncədə keçiriləcək. 5-ci pillədən yuxarı qalxmayacağı dəqiqləşən “Kəpəz” azarkeşlərinin könlünü almaq istəyir. “Qarabağ-2” ilə qarşılaşma bu baxımdan münasib sayıla bilər. Özü də nəzərə alaq ki, gəncəlilər turnir cədvəlində ən yaxşı halda məhz Ağdam klubunun əvəzedicilərini qabaqlamaq şansına malikdi.
Turun mərkəzi oyunu Tovuz şəhər stadionunda gerçəkləşəcək. “Turan Tovuz” lider “Neftçi-2” ilə münasibətləri aydınlaşdıracaq. Ötən tur “Kəpəz”lə ev oyununda qızıldan qiymətli 2 xal itirən İlham Yadullayevin komandasının qələbə qazanmaqdan başqa yolu yoxdu. Yox, Mahmud Qurbanovun yetirmələri səfərdən xal və ya qələbə ilə dönsə, böyük ehtimalla çempion titulunu “Turan Tovuz”dan təhvil alacaq. Maraq üçün onu da qeyd edək ki, hətta qalan oyunların hamısında uzduzsa belə, “Neftçi-2” ilk “üçlüy”ü tərk etməyəcək.
Günün digər oyunlarında “Qaradağ Lökbatan” “Sabah-2” ilə, “Keşlə-2” isə MOİK-lə münasibətləri aydınlaşdıracaq. Hələ bürünc medal qazanmaq şansını saxlayan “Sabah-2”dən fərqli, qalan komandaların başı sonuncu olmamağa qarışıb.
Birinci divizion
3-cü dövrə, 24-cü tur
1 may
Sumqayıt-2 - Zaqatala
Sumqayıt. Kapital Bank Arena (ehtiyat meydan). Saat 16.00
Kəpəz - Qarabağ-2
Gəncə. Şəhər stadionu. Saat 16.00
2 may
Turan Tovuz - Neftçi-2
Tovuz. Şəhər stadionu. Saat 16.00
Qaradağ Lökbatan - Sabah-2
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00
Keşlə-2 - MOİK
Bakı. ASK Arena. Saat 16.00
1. Neftçi-2 23 17 4 2 55-14 55
2. Zaqatala 23 16 1 6 49-27 49
3. Turan Tovuz 23 13 8 2 34-14 47
4. Sabah-2 23 13 2 8 39-27 41
5. Qarabağ-2 23 9 3 11 27-25 30
6. Kəpəz 23 6 6 11 28-35 24
7. Keşlə-2 23 7 3 13 26-48 24
8. Qaradağ Lökbatan 23 5 5 13 20-36 20
9. Sumqayıt-2 23 4 5 14 22-45 17
10. MOİK 23 4 5 14 25-54 17
Bombardirlər: Bəhruz Teymurov (Zaqatala) – 14, Vidadi Cəfərov (Turan Tovuz) – 13, Fərid Kərimzadə, Kamran Quliyev (hər ikisi "Sabah-2") - 10.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.