Sizin reklam burada

“Azərbaycan premyer-liqasının səviyyəsi legioner həyatı yaşamağa imkan vermir”

Title
Yığmanın baş məşqçisi Canni de Byazi yerli futbolçuların ölkə xaricində çıxış edə bilməməsindən danışıb. İtalyan mütəxəssis bunları deyib: “Azərbaycanda, xüsusilə də mənim komandamda Avropanın əsas liqalarında öz sözünü deyə biləcək 2-3 önəmli gənc futbolçu var. Amma problem ondadı ki, ölkə Avropa İttifaqına daxil deyil və həmin oyunçuların yerini başqaları tutur. Azərbaycan premyer-liqasının səviyyəsi də legioner həyatı yaşamağa imkan vermir. Onların təcrübələri çatmır, çünki İtaliya, İspaniya, İngiltərə və məsələn, İtaliyada "Atalanta"nı nümunə göstərə bilərəm. Ukraynalı Ruslan Malinovski kimi bir çox adama məlum olmayan oyunçuları komandaya cəlb edirlər. Skautlar və keyfiyyətli iş sayəsində həmin oyunçuları qətiyyətlə yetişdirməyi bacarır və beləliklə, nəticə qazanırlar”.
De Byazi İtaliya yığmasının AÇ-2020-dəki şansını da dəyərləndirib: "Ümid edirəm ki, bütün oyunçular turnirə hazır olacaqlar. Amma belə bir gənc və yüksək keyfiyyətli kollektiv Avropa çempionatında həqiqətən maraqlı şeylər edə biləcəyini göstərdi. Komanda əvvəlki kimi məğlubedilməzdi və bu hansısa uğurda vacib rol oynaya bilər. Lakin qrupda Türkiyə millisi ilə keçirəcəyimiz ilk oyuna yaxşı başlamaq lazımdı. Çünki rəqib sıradan komanda deyil".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.