Moldova çempionatında 30-cu turun oyunları start götürüb. Orxan Qurbanlının şərəfini qoruduğu “Dinamo-Avto” səfərdə “Daçiya” ilə münasibətləri aydınlaşdırıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Orxan görüşü əvəzlənmədən keçirib. Hesabında 40 xal olan “Dinamo-Avto” 10 komandanın sıralamasında 5-ci pillədə qərarlaşıb.