“Zirə” üzərindəki qələbədən sonra “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov paltardəyişmə otağına daxil olaraq, futbolçularını təbrik etdi. Klub rəhbəri daha sonra “Futbol+”ə oyunla bağlı fikirlərini açıqladı: “Hələ kuboku qazanmamışıq. Heç nə deyə bilmərəm. Çətin oyun oldu. Futbolçularıma təşəkkürümü bildirirəm. Hələ mövsüm bitməyib. Qarşıda bizi çempionat oyunları gözləyir. Burda 4 vacib qarşılaşma keçirəcəyik. Kubokun finalına da xüsusi hazırlaşmalıyıq. “Keşlə” bu mövsümü mütləq şəkildə titulla bitirməlidi. Əsas hədəfimiz də budu. Çempionatdakı uğursuzluğu kubokun qalibi olmaqla “sığortalamalıyıq”. Yenə deyirəm ki, əsas hədəfimiz finalda qələbə qazanmaqdı. Bu məqsədimizi yüz faiz həyata keçirməliyik”.
İLKİN SULTANLI