Sizin reklam burada

Mayorqa Ronaldodan təzminat istəyəcək

Title
“Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldonun model Ketrin Mayorqaya təcavüz etməsi ilə bağlı yeni iddialar gündəmə gəlib. Goal.com portalının yaydığı məlumata görə, Mayorqa Ronaldodan təzminat tələbi ilə məhkəməyə müraciət edəcək.
Bir neçə il əvvəl məhkəmə təcavüzlə bağlı heç bir dəlil tapılmadığı üçün 36 yaşlı hücumçunu məsuliyyətə cəlb etməmişdi. Lakin Mayorqa bu qərarla razı deyil. O, portuqaliyalı hücumçudan 56 milyon funt sterlinq məbləğində təzminat tələb etməyə hazırlaşır. Xatırladaq ki, Ronaldonun 2009-cu ildə Mayorqaya təcavüz etməsi və ona susması əvəzində 375 min avro verməsi ilə bağlı iddialar yayılmışdı. Ancaq 36 yaşlı futbolçu bu iddiaları təkzib etmişdi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.