Sizin reklam burada

Karvaxal qitə çempionatını buraxacaq

Title
“Real”ın oyunçusu Daniel Karvaxal zədələnib. 29 yaşlı müdafiəçi Çempionlar Liqasının “Çelsi” ilə çərşənbə axşamı keçirilən ilk yarımfinal matçında (1:1) sıradan çıxıb. Müayinə nəticəsində Karvaxalın mövsümün qalan hissəsində meydana çıxmayacağı müəyyənləşib. Bu isə onun AÇ-2020-nin final mərhələsində iştirakını qeyri-mümkün edir. Ümumiyyətlə, Daniel bu mövsüm zədələrdən çox əziyyət çəkib. Bu səbəbdən La Liqada cəmi 13 matç keçirib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.