Sizin reklam burada

Serjio Konseysao dilinin bəlasına düşdü

Title
Serjio Konseysao ağır cəzaya məruz qalıb. “Portu”nun baş məşqçisi 21 gün müddətinə futboldan uzaqlaşdırılıb.
Buna onun Portuqaliya çempionatının 29-cu turunun “Moreyrense” ilə matçından (1:1) sonra hakimi təhqir etməsi səbəb olub. 46 yaşlı mütəxəssis referiyə “zəif və pis adamsan, bizdən iki çempionluğu oğurlamısan. Sən oğrusan” deyib. Serjio Konseysao belə davranışına görə 10,2 min avro cərimə də ödəməli olacaq. Beləliklə, o, Portuqaliya çempionatında “Benfika” ilə prinsipial oyun da daxil olmaqla 4 matçı buraxmalı olacaq. Ötənlərin tanınmış yarımmüdafiəçisi texniki zonada yalnız son turun mayın 19-na təyin olunan “Belenenseş”lə oyununda görünə biləcək. Qeyd edək ki, “Portu” hazırda yerli liqada 29 oyuna 67 xalla 2-ci yerdədi və lider “Sportinq”dən 6 xal geri qalır.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.