Sizin reklam burada

Simeone 51-i arxada qoydu

Title
“Barsa” ilə “Real”ı da arxada qoya biləcəkmi?
1970-ci il aprelin 28-də Buenos-Ayresdə Dieqo Simeone dünyaya gəldi. Bəli, söhbət hazırda “Atletiko”nu çalışdıran sabiq futbolçudan, 20-ci və 21-ci əsrlərin sərhəddində dünyada ən güclü dayaq yarımmüdafiəçilərindən biri sayılan argentinalıdan gedir.
“Hindular”ın bir-birindən 18 illə ayrılan son iki çempionluğu onun adı ilə bağlıdı. Simeone 1995/96 mövsümündə futbolçu, 2013/14 mövsümündə isə baş məşqçi kimi komandanı çempionluğa daşıyıb. Dieqo klub karyerasının böyük hissəsini Avropada keçirib. İspaniyada “Atletiko”dan başqa “Sevilya”nın da şərəfini qoruyub, İtaliyada isə “Piza”, “İnter” və “Latsio” formasını geyib. 106 oyunda şərəfini qoruduğu Argentina yığması ilə üç mundiala (1994, 1998, 2002) qatılıb. 1998-ci ilə Fransada keçirilən dünya çempionatına İngiltərə ilə oynda gənc Devid Bekhemi təxribata çəkməklə meydandan qovulmasına nail olub. Futbolun yaradıcıları 1/8 final mərhələsində penalti seriyasında uduzmaqla mübarizəni dayanırdıqlarından, Bekhem vətənə dönəndən sonra kəskin tənqidə, hətta təhqirə məruz qalıb.
2006-da Argentina “Rasinq”ində karyerasını bitirəndən sonra Simeone məşqçi olub və tezliklə məşqçi karyerası futbolçu karyerasından heç də uğursuz olmayan həmkarlarının sırasına qoşulub. Onun “şəxsi iş”ində İspaniya çempionluğu ilə yanaşı, iki Argentina çempionluğu, Avropa Liqasının qalibi adı (iki dəfə), UEFA Superkuboku, İspaniya kuboku v Superkuboku da var. Bundan başqa, komandasını iki dəfə ÇL-in finalına çıxarsa da, hər dəfə uduzub. La Liqada iki dəfə ilin ən yaxşı məşqçisi olub.
Bəs bütün bu sadalanlardan sonra cari mövsüm üçün hədəfi nədi? Söhbət hazırda zirvədə qərarlaşan komandadan gedirsə, təbii ki, çempionluq. Düzdü, bu mübarizədə “Real” və “Barselona” da ən azı “hindular” qədər iddialıdı.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.