Sizin reklam burada

Giqqz şoka düşüb

Title
İngiltərə premyer-liqasının 13 qat qalibi Rayan Giqqz bu il turnirin Şöhrət zalına sanınmadığına görə şoka düşüb. Bu haqda xəbəri “Mirror” yayıb.
Xəbərdə qeyd olunur ki, Tyerri Anrinin əvəzinə ora uelsli düşməliydi, ancaq yaxınlarda baş verən qalmaqal üzündən son anda onun adını siyahıdan çıxarıblar. Bildiyiniz kimi, ötən həfrə “Mançester Yunayted”in sabiq oyunçusuna ötən ilin noyabrında iki qadına hücum etmək, eləcə də 2017-19 aralığında “məcburetmə və nəzarət elementləri ilə davranış” bəndləri üzrə ittiham irəli sürülüb. Bu iş üzrə məhkəmə baxışına görə Giqqz Uels yığmasının baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb. Əfanəvi futbolçu bütün ittihamları rədd edir.
Anri Şöhrət zalına premyer-liqa tarixinin bombardiri Alan Şirerlə birlikdə salınıb. Onlar bu zala salınan ilk futbolçulardı. Premyer-liqa tarixində hamıdan çox çempion olan Giqqz yaxın vaxtlarda Şöhrət zalına salınacaq 23 nəfərlik siyahıya da düşməyib. İş ondadı ki, azarkeşlər daha 6 futbolçu seçməlidi. 23 nəfərli siyahıda MY-nin Roy Kin, Devid Bekhem və Pol Skoulz kimi sabiq futbolçularının adı var.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.