Sizin reklam burada

Zidan və ailə qayğıları Kərimi dəyişib

Title
“Real” “Çelsi” ilə yarımfinal oyununun əvvəlini boşa verdi. Pulişiç komandası üçün vacib qol vurdu, hələ Verner də fərqlənə bilərdi. Ancaq Kərim Benzema işə qarışdı və madridliləri məğlubiyyətdən xilas etdi. Künc zərbəsindən sonra topa yiyələnən fransalı iki toxunuşla toru silkələdi. Əvvəlcə başı ilə topu önünə atdı, ardından tirin altına qarşısıalınmaz zərbə endirdi.
Əvvəlcə Kərimin statistikasına baxaq:
• ÇL-də 71-ci dəfə fərqlənməklə bu göstəricidə dahi Raula çatdı. İrəlidə yalnız Levandovski (73), Messi (120) və Kriştiano Ronaldo (134) var.
• Diqqət, diqqət: 71 qoldan heç biri penaltidən vurulmayıb. Benzema yalnız oyun vəziyyətindən fərqlənib.
• Benzema 20 qolu ÇL-in pley-off oyunlarında vurub – burda da Müllerdən (24), Levandovskidən (26), Messidən (49) və Kriştianodan (67) geri qalır.
• Yeri gəlmişkən, sabiq komanda yoldaşı ilə müqayisəni davam etdirsək, deməliyik ki, Ronaldo “Yuventus”a keçəndən sonra ÇL-də 14, Benzema isə 15 qol vurub.
Kərim ÇL-də gözəl oyunla kifayətlənmir, İspaniya çempionatında da parlaq təsir bağışlayır. La Liqada ondan çox yalnız Messi fərqlənib (21-ə qarşı 25). 7 qolun məhsuldar ötürməsini verdiyini də nəzərə alsaq, mənzərə aydınlaşır: Benzema “Real”ın La Liqadakı qollarının yarısında iştirak edib.
Benzemanın hər kəsi təəccübləndirən forması Zidanın müsbət təsirinin nəticəsidi. O, kluba dönəndən sonra ilk növbədə Kərimin gündəlik rejimi, həyat tərzi ilə maraqlandı və həmvətənindən meydanda daha yaxşı yararlanmağın yollarını axtardı.
Kərim dərhal çağırışı qəbul etdu: evində trenajor zalı açdı. Kərimi karyerası boyunca texnikalı və sürətli hücumçu sayırdılar, ancaq 30 yaşında tərzini bir qədər dəyişdi. İndi o, müntəzəm boksla məşğul olur, bunun sayəsində çiyni, kürəyi möhkəmlənib.
Dietoloqla məsləhətləşən forvard üçün xüsusi rasion müəyyənləşdirdilər və indi fransız göstərişlərə qeyd-şərtsiz əməl edir. Sağlamlığın qayğısına qalmağın daha bir yolu daimi osteopat ziyarətidi. Benzema xüsusən də vakuum osteopatiyasının dəlisidi – bu hamam terapiyasıdı. Kərim bu kursu məşhur fransız həkim Ceffri Smacın yanında keçir. Belə hesab olunur ki, hamam terapiyası qan dövranını yaxşılaşdırır, qanı kislorodla zənginləşdirir, yorğunluğu aradan qaldırır və immuniteti gücləndirir.
Zidanla yanaşı, ailəsi də Kərimə yaxşı təsir edir. 2017-də ikinci övladı dünyaya gələndən sonra ağıllandı: məclislərdən ayağını çəkdi, məşqlərə və ailə qayğılarına (oğlu və qızı var) kökləndi. Tətil vaxtı çox sevdiyi Birləşmiş Ərəb Əmirliklərinə baş çəkmək məşq qrafikindən kənara çıxan yeganə məşğuliyyətdi. Fransalı vaxtında böyüdü və Kriştianonun gedişindən sonra lider rolunu üzərinə götürdü. Bu haqda həm futbolçuya, həm də komandaya yaxın adamlar danışır.
Sadəcə, baxın: 2019-un yanvarında “Betis”lə oyunda Benzemanın sağ əlinin çeçələ barmağı sındı. Həmin sınıq hələ də bitişməyib, ancaq Kərim xüsusi sarğı daşıyır və ikinci əməliyyata girmir. “Real”ın onun yoxluğunu ağrısız adlaya biləcəyi zamanı gözləyir. Elə son ÇL oyununda da onun döyüşçü keyfiyyətləri göründü. Hər kəs qolu bayram etdiyi anlarda Kərim necə mübarizəyə köklənmişdisə, dərhal topu götürüb mərkəzə aparmağa çalışdı. Onun yeni obrazını açan xarakterik cizgi idi...
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.