Sizin reklam burada

Divizionun və “Zaqatala”nın bombardiri zədələnib

Title
Bəhruz Teymurov: “Növbəti turda da oynaya bilməyəcəm”
Birinci divizionun 23-cü turunda “Zaqatala” heç kimin gözləmədiyi halda evdə “Keşlə-2”yə uduzdu. Bu nəticədən sonra lider “Neftçi-2” bölgə təmsilçisindən bir qədər də uzaqlaşdı. Hazırda flaqmanın əvəzedicilərindən 6 xal geri qalan zaqatalalılar çempionluq şansını təhlükəyə atıb. Diqqəti çəkən məqamlardan biri də həm çempionatın, həm də komandanın bombardiri olan Bəhruz Teymurovun adının iştirak ərizəsinə salınmasına baxmayaraq, 2 turdu meydana çıxmamasıdı.
Həm bununla, həm də “Zaqatala”nın çıxışıyla bağlı fikirlərini öyrənmək üçün hücumçu ilə əlaqə saxladıq: “MOİK-lə görüşün 60-cı dəqiqəsində zədələndim. Birdən-birə ayağımı dartdım. Bu səbəbdən iki həftədi oynamıram. Düzdü, ehtiyat oyunçular skamyasında əyləşirəm. Yəni vəziyyət kritik olduğu halda baş məşqçi məni məcburiyyətdən meydana buraxa bilər. Komandada hər şey yaxşıdı. Sadəcə, “Keşlə” ilə matçda uduzduq. Xüsusi problem yoxdu. İnşallah, məqsədimiz çempion olmaqdı. Bunun üçün də əlimizdən gələni edəcəyik. Hələ ki çempionluq şansımız bitməyib. Özümüzə inanırıq. Sadəcə, üzülürəm ki, növbəti turda da oynaya bilməyəcəm. Hazırda müalicəm davam edir. Bir həftə məşqə çıxmadan istirahət etməliyəm. İnşallah, “Qaradağ Lökbatan”la görüşdə komandama kömək edə biləcəm”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.