Sizin reklam burada

“Qarabağ” FAW ilə əməkdaşlığa başladı

Title
Azərbaycanda ilkə imza atan FAW markası əməkdaşlıq müqaviləsinə əsasən “Qarabağ”a tərəfdaşı olacaq. İki ay öncə tərəflər arasında bağlanan protokol iki gün öncə qüvvəyə minib.
“Qarabağ”ın direktoru Əmrah Çəlikəl bu əməkdaşlıqdan məmnun olduqlarını deyib. O, FAW brendi ilə daha uzun müddət işləməyin və yeniliklərə imza atmağın klub üçün də xoş olacağını söyləyib. Baş məşqçi Qurban Qurbanov isə FAW avtomobillərini çox bəyəndiyini deyib. Təcrübəli çalışdırıcı uzunmüddətli əməkdaşlığa inandığını da sözlərinə əlavə edib. FAW avtomobillərinin rəsmi distribütoru “Cahan Motors” şirkətidi. Avtomobil şirkətinin direktoru Adil Axundovun dediyinə görə, əməkdaşlıq uzunmüddətli olacaq və yeniliklərə imza atacaqlar. O, “Qarabağ”a hər mövsüm Çempionlar Liqasında oynamağı arzulayıb.
Qeyd edək ki, avtosalonda FAW-ın “Bestune” və “HongQi” modelləri də mövcuddu. Avtomobillərə 5 il və ya 150 min km-ə qədər zəmanət verilir. FAW brendi ən qısa zamanda müştərilərin rəğbətini qazanıb. FAW avtomobilsevənləri yeni modelləri ilə sevindirməyə davam edəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.